Hadisə
Hadisə
Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb
Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən MUMTV.az-a verilən məlumata görə, oktyabrın 25-də saat 10 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Y.Mədətov idarə etdiyi "Lada-Granta” markalı avtomobillə yolu keçən paytaxt sakini Minəvvər Səfərovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır./Trend