Hadisə

"Rövşən Lənkəranski"nin qətli ilə bağlı ŞOK FAKTLAR — Məhkəmədə etiraflar
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Minsk məhkəməsində dövlət ittihamçısı "Rəşad Gəncinski" kimi tanınan kriminal avtoritet Rəşad İsmayılovun məhkəməsi davam edir. "Rəşad Gəncinski" Rusiya vətəndaşıdır, Moskvada yaşayır, evli və dörd azyaşlı uşağı var. Həbs edilən sürücü Vaydar Məmmədov isə Azərbaycan vətəndaşıdır, müvəqqəti olaraq Moskvada yaşayır və rəsmi olaraq sürücü kimi çalışır. Rus dilində zəif bildiyi üçün məhkəmədə tərcüməçinin xidmətindən istifadə edilir. Dmitri Gritsuk isə Belarus vətəndaşıdır, Moskvada yaşayır, evlidir və iki azyaşlı uşağı var.


Müttəhimlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Minsk yaxınlığındakı elit klubların birində silah, narkotik maddələr və saxta sənədlərlə saxlanılıblar.


Hadisə 2018-ci il noyabrın 20-də baş verib. Saxlanma zamanı R.İsmayılovun üzərindən başqasının adına pasport tapılıb. Onun sürücüsü olan belarusluda iki tapança və patronlar, digər azərbaycanlıda isə həşiş aşkar edilib.


Müttəhimlər qismən təqsirli olduqlarını etiraf ediblər. Məhkəmə salonunda müttəhimləri üzləri maskalarla örtülü xüsusi təyinatlı qüvvələrin əsgərləri qoruyur.


"Gəncinski" məhkəmədə deyib ki, 2012-ci ildə borclu olduğu adam ona saxta vətəndaşlıq və xarici pasport təklif edib. "O vaxtdan mən öz əsl adımdan istifadə etmirəm. Mən bu pasporta öyrəşmişəm, fikirləşmişəm ki, bu pasport qanunidir", - deyə o, məhkəmədə bildirib.


Qeyd edək ki, "Rəşad Gəncinski" 2017-ci ilin avqustunda Abxaziyada güllələnmişdi. Rus mənbələri yazırdı ki, "Gəncinski" Abxaziyanın Qudauti şəhərinə Nadir Səfilovun ("Lotu Quli") tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə "Quli"yə yaxın olan "Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Nikolay Dqebuadzeyə dəstək vermək olub.


Məlumatda deyilirdi ki, "Nika" abxaz "qanuni oğru"ları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl "Quli" "Kuşa" ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma "Kuşa" Abxaziyaya girə bilməmişdi.


Qudautiyə gələn "Rəşad Gəncinski" və "Roma Stavropolski" şəhərdəki restoranların birində "Nika" ilə düşmən olan "qanuni oğru"ları cəzalandırmaq istəyiblər. "Stavropolski" yerli "qanuni oğru"lara güc nümayiş etdirmək istəyərkən isə "Pıza" ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə azərbaycanlı "qanuni oğru" və "Nika Qaqrinski" güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, "Gəncinski" ayağından yaralanıbmış və müalicəsini yarımçıq qoyaraq xəstəxanadan qaçıb. "Qanuni oğru"nun güllə ilə "həmkarını" yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. "Rosbalt" yazır ki, "Pıza" öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini "qanuni oğru" kimi deyil, xuliqan kimi aparıblar. 


"Pıza" əlavə edib ki, "Nika Qaqrinski"nin "oğru" statusu sual altındadır, "Rəşad Gəncinskini" isə sifətdən tanımayıb. Bu səbəbdən də silaha əl atıb.


"Rəşad Gəncinski" "Quli"nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə il öncə yayılmışdı. Məlumatlarda deyilirdi ki, "Quli" "Rövşən Lənkəranski"nin qətlindən sonra güclənərək bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb.


Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, "Rəşad Gəncinski" qanqsterlər arasındakı söhbətlərdən birində "Lənkəranski"nin onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyibmiş. "Rəşad Gənsinski" bildirib ki, "Lənkəranski"nin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.


Məlumat üçün deyək ki, "Rəşad Gəncinski" 1978-ci ilin 16 martında Gəncədə anadan olub. Gənc yaşlarında doğulub böyüdüyü məhəllədə xırda cinayətlərə qarışıb. Daha sonra Moskvada gəncəlilərin güclü olduğu bazarlarda tanınmağa başlayıb. Bir-iki dəfə Rusiya həbsxanalarında qısamüddətli cəzalar çəkib. 2010-cu ildə qanunsuz silah saxladığına görə 1 il müddətinə azadlıqdan məhrum edilib.


2013-cü ilin fevralında Moskvada böyük "sxodka" keçirilir. Həmin "sxodka"da azərbaycanlı "qanuni oğrular"dan Vaqif Süleymanov ("Vaqif Diplomat"), Əlibaba Həmidov ("Qoca Yasamalski" öldürülüb), Arif Mehdiyev ("Arif Sumqayitski"), Yunus Nəzərov ("Yunus Yasamalski"), Baxış Əliyev ("Vaxa"-öldürülüb) iştirak edib. "Sxodka"da "Rəşad Gəncinski" "qanuni oğru" kimi taclandırılıb.(musavat.com)

Son xəbərlər

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Bütün xəbərlər