Hadisə
Hadisə
Narkotikə qurşanaraq bir neçə ay ərzində bu hala düşdü - FOTO
ABŞ-ın Missuri ştatında yaşayan Cenifer Salfen "Facebook" da narkotik istifadə edən oğlunun şəkillərini paylaşaraq narkotik asılılığının sadəcə bir neçə ay ərzində insanı nə hala gətirə biləcəyinə diqqət çəkib.
MUMTV.az xəbər verir ki, ABŞ-lı qadının qısa müddətdə sosial medianın gündəminə çevrilən paylaşımında oğlunun sadəcə 7 ay ara ilə çəkildiyi deyilən 2 fərqli şəkli yer alıb.
Qadın "Oğlumdan bir neçə həftədir xəbər ala bilmirəm. Onu çox sevən ailəsi və uşaqları olan bir insanın nə üçün belə bir yol seçdiyini anlaya bilmirəm" ifadələrindən istifadə edib./Moderator.az