Hadisə

AZAL-ın tərəziyə qoyduğu cənazələr - Naxçıvan sakinlərinə güzəşt ediləcəkmi?
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan Muxtar Respublikasının blokadada olduğunu nəzərə almalı, Bakıdan Naxçıvana cənazə aparılmasında güzəştlər tətbiq etməlidir”. 

Bu sözləri "MUMTV.az”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. "Hər gün Naxçıvana cənzazə aparılmır ki, AZAL-ın büdcəsinə ziyan dəyə. Başa düşürük ki, cənazə də yük kimi qeydə alınır. Amma bu məsələdə vətəndaşlara güzəşt etmək mümkündür. 

Elə insan var ki, imkanı yoxdur. Yaxud qəfildən yası düşür və cənazəni Naxçıvana aparmaq onun üçün müşkülə çevrilir. Hesab edirəm ki, AZAL bu məsələdə vətəndaşları düşünməli, onları əlacsız vəziyyətdə saxlamamalıdır”,- deyə ADP sədri əlavə edib.

Naxçıvan sakinləri Muxtar Respublikaya cənazə aparmağın çətin olmasından şikayətlənirlər.  Xaricdə vəfat edənlərin cənazələri heç bir problem olmadan Bakıya gətirildiyi halda, bəzən Naxçıvana cənazə aparmaq böyük müşkülə çevrilir. Buna problem yaradan isə AZAL-ın yaratdığı sərt qaydalardır. 

"Əksər hallarda mərhumun yaxınlarına bilet tapılmır. Ölüsünü təyyarə ilə göndərənlər isə Muxtar Respublikaya avtobusla qayıtmalı olurlar. Cənazələri yük yerlərindən "kiçik torpaq”da yaşayan qonşular və ya tanışlar alır, ölənlərin qohumlarının gəlib çatmasını gözləyirlər. Beləcə, dəfnlər də yubanır.

Cənazəni aparırsan, sənədləri təftiş olunur, "neçə kilodur?” soruşulur, ona uyğun vəsait tələb olunur". Ölünü tərəzidə çəkib yaxınlarından pul tələb etməyin insanlar arasında necə ciddi narazılıqlar yaratdığını ifadə etmək çətindir.

Cənazələrin təyyarə ilə daşınması üçün xüsusi dəmir tabutlara yerləşdirilməsinin tələb olunması da matəm iştirakçılarını qəzəbləndirir. Çünki gecənin bir yarısında bu tabutların tapılması asan deyil. Üstəlik, vəziyyətdən istifadə edən bəzi işbazlar dəmir tabutları baha qiymətə ölü yaxınlarına sırıyırlar”,- deyə şikayətçilər qəzetə bildirib.

Sonda qeyd edək ki, məsələ ilə bağlı "Azal”dan açıqlama almaq cəhdlərimiz baş tutmayıb./Yenisabah


Son xəbərlər

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Bütün xəbərlər