Gündəm
İranda ağır qəzada ölənlərin sayı artıb: 13 nəfər(YENİLƏNİB)
İranda baş verən ağır qəzada ölənlərin sayı artıb.
MUMTV.az-ın məlumatına görə, İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşması nəticəsində ölənlərin sayı 8-dən 13-ə çatıb. 18 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
XXX
11:30
İranın şimalında yerləşən Gülüstan vilayətində Qonbəd-Kavusdan İnçəburun istiqamətində yük maşını mikroavtobusla toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Gülüstan vialyətinin Qonbəd-Kavus rayonunun qubernatoru Əbdülqədir Kərimi deyib.
Ə.Kəriminin sözlərinə görə, qəza nəticəsində mikroavtobus yanıb.
Kərimi əlavə edib ki, hadisədə 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Qubernator bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.
Kərimi hadisənin yük maşının qarşı yola çıxması nəticəsində baş verdiyini deyib./Trend