Gündəm


MUMtv.az: - İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bəli, 2021-ci ilin Dövlət büdcəsindən.

Əslində bu məlumatı oxucularımıza xatırlatmaqda sözümüzün canı var.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Təmiz Qaz QSC barəsində yeni məlumat daxil olub.

Məlumata görə "Təmiz Qaz" QSC bütün işçilərinə 31.05.2021-ci il tarixində imzalanması üçün yeni müqavilə təqdim edib.

Müqavilədə bütün çalışanların əmək haqqlarının azaldılması nəzərdə tutulur. İmzalayan şəxslər növbəti aydan da işinə həmişəki qaydada davam edəcək. İmzalamaqdan imtina edənlər isə növbəti aydan etibarən işdən azad olunacaqlar. Yeri gəlmişkən əmək haqqları azaldılan işçilər arasında hətta ikinci vətən müharibəsinin könüllü iştirakçısı olmuş Qarabağ veteranlarının da adlarının olduğu bildirilir.

Sözügedən müqavilənin hazırlanmasına səbəb olaraq isə müxtəlif versiyalar söykənməkdədir. Kimisi deyir ki, Təmiz Qaz QSC-ni "indi başqa şirkət alır" onunla bağlıdır. Kimisi deyir ""YAŞAT" Fonduna köçürülür" və sair.

Biz də "DogruXeber.az" redaksiyası olaraq həm məlumatı dəqiqləşdirmək, həm də daxil olan məlumatla bağlı sözügedən qurumun da mövqeyini öyrənmək məqsədilə "Təmiz Qaz" QSC-nin direktoru Nurşən Alıyev ilə telefon əlaqəsi saxladıq.

Nurşən müəllim qısa olaraq bizə bildirdi ki, -"şirkətimizdə hər nə olursa, əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Sizi nə maraqlandırırsa yazılı şəkildə göndərin cavablandıraq."

Qeyd: Əvvəla "Təmiz Qaz" QSC-nin direktoru Nurşən Alıyevin, həmçinin də digər bütün hüquqi şəxslərin, qurum rəhbərlərinin, ümumiyyətlə səlahiyyət sahiblərinin diqqətinə çatdırmaq istəyirik ki, Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunun 8-ci maddəsində deyilir:

Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ

Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.

Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.

İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, "Təmiz Qaz" QSC-nin işçilərin əmək haqqlarının azaldılması ilə bağlı irəli sürülən səbəb versiyalarının önündə gedən variant isə budur ki, hər kəsin maaşından kəsilən pullar Qarabağda görülən abadlıq işləri üçün göndərilir və proses hələ bir neçə ay da davam etdiriləcək.

Əgər Qarabağda görülən abadlıq işləri kobud desək fəhlələrin maaşı hesabına həyata keçirilirsə, bəs görəsən Dövlət büdcəsindən ayrılan vəsaitlər kimlərin işinə yarayır?

Onu da vurğulayırıq ki, bu cür işçilərin maaşını azaldılması və fəhlələrinin əmək haqqından kəsilən məbləğlərin Qarabağın bərpası üçün sərf olunması barədə Prezident İlham Əliyevin heç bir sərəncam, yaxud tapşırığı yoxdur və Prezidentin bu cür addım atacağını da güman etmirik.

Elə məhz buna görə söhbətimizin əvvəlində büdcədən ayrılan məbləğ barəsində sizə xatırlatdıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər