Gündəm

Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - Kondiloma nədir?

"Təbabət insan biliklərinin və əməli fəaliyyətinin bütün başqa sahələrindən daha artıq dərəcədə ümumbəşəri xarakter daşıyır."
Heydər Əliyev


Cinsiyyət orqanlarında, anusun ətrafında, bəzən də ağız boşluğunda əmələ gələn kiçik, dəri rəngində olan şişlər kondilomalar adlandırılır. Bu virus xəstəliyinin törədicisi insan papilloması virusudur (İPV).

Bu virus əsasən cinsi əlaqə yolu ilə bir insandan digərinə keçir. Bundan əlavə yoluxma məişət əlaqələri zamanı (infeksiyalaşmış dəri və selikli qişalarla əlaqədən sonra) baş verə bilər. Virusun doğuş zamanı anadan uşağa keçməsi də mümkün sayılır. İnsan orqanizminə daxil olan virus insanın dərisində və selikli qişalarında həmişəlik qalır. Qana və digər orqanlara bu virus keçmir. İPV bütün dünyada ən yayılmış cinsi yolu ilə keçən infeksiyalardan biri sayılır.

Həkimlər hesab edirlər ki, insanların bir çox hissəsi (50%-dən artıq) həyat ərzində bu virusa yoluxur. Lakin insanların bir çox hissəsində bu virus "yatmış" şəkildə qalır və özünü heç bir xəstəliklə büruzə vermir, digərlərində isə müxtəlif dəri və selikli qişaların xəstəliklərinin inkişafına səbəb olur. Bu insanın immun sisteminin vəziyyətindən asılıdır. İnsanın immun sistemi daim möhkəm olduqda, virus özünü büruzə vermir. Lakin ümumi və yerli (dəri və selikli qişalar) immunitet zəiflədikdə, İPV-u "özünü göstərməyə" başlayır.
Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - Kondiloma nədir?

Hal hazırda İPV-un 100 növü məlumdur. Müxtəlif İPV-nun növləri müxtəlif xəstəlikləri törədir. Məsələn, İPV-nun 1-ci növü ayaqların altında olan ziyillərinin, İPV-nun 2-ci və 4cü növləri adi ziyillərinin əmələ gəlməsinə səbəb olur. İPV-nun 16-cı, 18-ci, 31-ci, 33-cü və 35-ci növləri qadınlarda uşaqlıq boynunun displaziyasına səbəb olur, uşaqlıq boynunun xərçənginin təhlükəsini artırır. İPV-nun əsasən 6-cı и 11-ci növləri qadın və kişilərdə kondilomaların inkişafına səbəb olur.

Kondilomalar bir çox hallarda kişi və qadınların cinsiyyət orqanlarında inkişaf edir. Onların ölçüləri 1 mm-dən bir neçə santimetrə kimi, rəngi - çəhrayı və ya dəri rəngində ola bilər. Böyüdükcə şiş gül kələminə oxşamağa başlayır. İnsanın immun sisteminin vəziyyətindən asılı olaraq əmələ gəlmiş kondilomalar böyüyə bilər (həm ölçüləri, həm də sayı artır), uzun müddət ərzində dəyişikliksiz qala bilər və ya özü-özündən (heç bir müalicəsiz) yox ola bilər.

Kondilomalar müxtəlif fəsadlar verə bilər - zədələnir və qanayırlar, cinsi əlaqələrə mane olur, insanda psixoloji diskomfort yaradır, normal doğuşa mane ola bilər və s.
Kondilomaların müalicə üsulları çoxdur və bu üsullar müxtəlifdir. Hər bir konkret halda müalicə üsulunu xəstənin yaşından, vəziyyətindən, kondilomaların ölçülərindən, sayından və s. amillərdən asılı olaraq müalicə həkimi seçir.
Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - Kondiloma nədir?

Beləliklə, kondilomalar bu kimi üsullarla müalicə olunur:

- Maye azotla kriodestruksiya. Kondiloma, faktiki olaraq, dondurulur və nəticədə yox olur. Ən qoruyucu üsullardan biri sayılır. Ağrısızlaşdırma tələb olunmur və çapıqlar qalmır.
- Lazerlə müalicə. Bu müalicə usulunun tətbiqi ağrısızlaşdırmanı tələb edir, çapıqların əmələ gəlməsi mümkündür.
- Elektrokoaqulyasiya. Yüksək temperaturların təsirindən kondiloma yox olur. Ağrısızlaşdırma tələb olunur, çapıqlar əmələ gələ bilər.
- Xüsusi dərman preparatlarının ("Podophyllum" adlı bitki əsasında) tətbiqi. Dərman gündə 2 dəfə kondilomanın üzərinə çəkilir.

Müalicə zamanı yandırma, ağrı və qızarma ola bilər. Müalicə həkimin nəzarəti altında keçirilməlidir. Hamilə və hamiləliyi planlaşdıran qadınlar bu müalicə üsulundan istifadə etməməlidir. Nəzərinizə çatdiraq ki, kondilomalara səbəb olan İPV-u insan orqanizmində hamişəlik qalır və bu səbəbdən müalicədən sonra kondilomalar yenidən əmələ gələ bilərlər.
Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - Kondiloma nədir?

Türkan Gündüz - Ümumi Cərrah-Proktoloq Kimdir?

* Türkiyə Koloproktoloji cəmiyyətinin üzvü.
* 1997-ci ildə Kimya Biologiya təmayüllü özəl Liseyə qəbul olmuşdur.
* 1999-2005-ci ildə ATU-müalicə-profilaktika fakültəsinə qəbul olmuşdur.
* 2006-2013-cü illərdə bir çox özəl klinikalarda ümumi-cərrah proktoloq kimi fəaliyyət göstərmişdir.
* 2010-2012-ci illərdə Türkiyənin Konya şəhərində Tibb fakültəsində cərrahiyyə ixtisasını bitirmişdir.
* 2015-ci il 19-23 may tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə-Koloproktoloji Konqresinə qatılmışdır.
*2016-cı il Avropa Koloproktoloji Cəmiyyətinin rəsmi üzvü seçilmiş və Milan şəhərində keçirilmiş Kongressində iştirak etmişdir.
*2019-cu ildə Türkiyənin Acibadem xəstəxanasında təcrübə proqramı keçmişdir.
* Hal-hazırda "Buta" klinikasında ümumi cərrah-proktoloq kimi fəaliyyət göstərir.

Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - Kondiloma nədir?

Ümumi cərrah, Proktoloq Dr.Türkan Gündüz - Kondiloma nədir?

Xidmətlər:

- Qadınlarda təbii doğumdan sonra əmələ gələn anal çatların qısa müddətdə müalicəsi;
- Babasil xəstəliyinin ən müasir üsullarla müalicəsi;
- Anal çatların müalicəsi;
- Dermoid kistlərin müalicəsi;
-Öd kisəsinin polipləri
-Bağırsaq sindromu
-Hidroadenit
-Rektosele
-Perianal fistul
-Dermoid kistlərin müalicəsi
-Vaginoplastika
-Abdominoplastika
-Hudoplastika
-Labioplastika
- Perianal fistulların müalicəsi.
-Digər ümumi və plastik-estetik cərrahi əməliyyatlar


P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq Türkan xanıma və onunla çalışan fədakar tibb personajına kollektivimiz adından işlərində yeni-yeni müvəffəqiyyətlər, uğurlar və sağlam ömür arzulayıram.

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı

Son xəbərlər

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Bütün xəbərlər