Gündəm

Türkiyə Qarabağda hərbi aviasiya bazası quracaq
Türkiyə iyunun 20-dən sonra iki ciddi addım atmağı planlaşdırıb. JAMAZ.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, həmin addımlardan biri Kuzey Kıbrız Türk Cumhuriyyətində, digəri isə Azərbaycanda atılacaq.

Məlumata görə, iyunun 20-də Kıbrısda yerləşən Gecitkale Hərbi Hava Qüvvələri bazası tam fəaliyyətə başlayacaq. Həmin bazada əsasən "Bayraktar TB2” Pilotsuz Uşuş Aparatları və Türkiyə istehsalı olan digər PUA-lar yerləşdiriləcək. Həmin açılış mərasimində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Türk mediası yazır ki, hələ 2019-cu ildən hazırlıq görülən proses sona çatmaqdadır. İyunun 20-dən sonra Ankaranın Azərbaycanla bağlı planlarının işə düşəcəyi iddia olunur. JAMAZ.İNFO həmin mənbələrə istinadən bildirir ki, Türkiyənin Azərbaycanda hərbi bazası olmayacaq. Yəni, rəsmi hərbi baza formalaşdırılmayacaq. Əvəzində Zəngilan və ya Laçın rayonlarında PUA hərbi bazası fəaliyyət göstərəcək. Elə Zəngilan və Laçında inşa edilməsi nəzərdə tutulan aeroprtların da məhz bu məqsədə xidmət edəcəyi göstərilir.

Bu bazalarda gələcəkdə Türkiyənin F-16 hərbi təyyarələri də yerləşdirilməsi güman edilir.

Qeyd edək ki, iyunun 15-də Ərdoğan Bakıya rəsmi səfərə gələcək. Bir gün sonra isə o, Şuşa şəhərinə səfər edərək, orada bir sıra layihələrin təməlini atacaq. Lakin buna qədər, yəni iyunun 13-də çox maraqlı bir toplantının keçirilməsi nəzərdə tutulub. Belə ki, həmin gün Bakıda Türkiyə-Azərbaycan 13-cü yüksək səviyyəli hərbi dialoq iclası işə başlayacaq. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək.

Lakin bəzi mənbələr bu iclasda bir sıra ciddi qərarların veriləcəyini istisna etmirlər. Onların iddiasına görə, Ərdoğanın səfərindən öncə belə yüksək səviyyəli iclasın keçirilməsi yeni sazişin hazırlanması və imzalanması üçün nəzərdə tutulub.

Hələlik rəsmi Bakı Türkiyə ilə konkret hansı sənədlərin imzalanacağı barədə açıqlama verməyib. Amma bir neçə vacib məqamı diqqətdən qaçırmaq olmaz. Birincisi, Türkiyənin təhsil naziri, baş prokuroru və digər rəsmiləri artıq Bakıya səfərlər ediblər. Onlar Azərbaycanın bir neçə şəhərlərinə də baş çəkiblər.

İkincisi, Azərbaycan Hava Hücumlarından Müdafiə qoşunlarının komandanı Ankarada bir sıra ciddi görüşlər keçirib. Həmin görüşlərdən sonra Türkiyə tərəfi bəyan edib ki, onlar Azərbaycanda "Bbayraktar TB2” PUA-ları və "Atak” hərbi helikopterlırin birgə istehsalını təşkil etməyə hazırdırlar.

Qeyd edək ki, bu olduqca strateji və əhəmiyyətli məsələdir. Ona görə ki, həmin proses baş tutarsa, Azərbaycan da sözügedən hərbi texnikaların satışını təşkil etmək şansı əldə edəcək. Yəni, təkcə daxili təlabatını deyil, həm də Orta Asiyanın həmin məhsullara olan sifarişlərini qarşılayaraq, böyük qazanclar əldə edə bilər. Eyni zamanda, Azərbaycan bu addımı atmaqla regionda hərbi sənaye kompleksini gücləndirmiş ilk ölkə olacaq.

Bəzi ekspertlərin qənaətinə görə, Ərdoğanın Azərbaycana indi səfər etməsi və Şuşaya da baş çəkməyi protokoluna daxil etməsi səbəbsiz deyil. Onlar hesab edirlər ki, Ərdoğan Bakıda bir sıra sənədlərin imzalanması və gələcəkdə Türkiyə və Azərbaycanın yeni layihələrə imza atması üçün gəlir. Hətta bu sənədlərin icrası bölgədə ciddi dəyişikliklərə gətirib çıxaracağını da istisna etməyənlər var.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər