Gündəm

Arvadı Rauf Ələkbərovu məhkəməyə verdi - 35 milyon istəyir
 
Türkiyədə yaşayan azərbaycanlı iş adamı, tanınmış gəmi şirkəti olan "Albros Denizciliy”in rəhbəri Rauf Ələkbərovun həyat yoldaşı ona qarşı 35 milyon lirəlik boşanma iddiası qaldırıb. Aida Ələkbərova ərinin ona xəyanət etdiyini iddia edərək məhkəməyə müraciət edib.
A.Ələkbərova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, 40 illik evlilik həyatından sonra həyat yoldaşının ukraynalı gənc qızla sevgili olduğunu və ondan 2 övlad dünyaya gətirdiyini öyrənib: "Bu xəyanət xəbəri mənə çox pis təsir etdi. Mən həmişə ailə münasibətlərində üzərimə düşən öhdəliyi layiqincə yerinə yetirmişəm. Ancaq yoldaşımın mənə xəyanət etdiyini öyrəndikdən sonra münasibətlərimiz pisləşdi. Boşanmayla bağlı məhkəməyə müraciət etdim, bunun ardınca məni ötən ilin sentyabrında gecə yarısı birgə nikah dövründə alınan, iki övladım və nəvələrimlə birgə yaşadığım evdən çıxartdı. Həmçinin mənə təzminat və aliment verməmək üçün şirkətdə olan hissələrini və bir neçə gəmini satışa çıxarıb. Hazırda ona qarşı 35 milyon lirə təzminat və aylıq yaşayış xərcləri üçün 150 min lirə əlavə təzminat tələb etməklə bağlı məhkəmədə iddia qaldırmışıq. İstanbul Ailə Məhkəməsində proses gedir.
30 ildir Türkiyədə yaşadığını bildirən A. Ələkbərovanın bir qızı, bir oğlu var: "Oğlum subaydır, qızım isə ailə həyatı qurub, iki nəvəm var. Bu vaxta qədər həyat yoldaşımla bir yerdə yaşamışıq. Tətillərdə birgə dincəlmişik. Ancaq o gecə saatlarında məni uşaqlarım, körpə nəvələrimlə birgə əşyalarla bərabər bayıra atdı, qonşularımız bizə kömək etdi. Hazırda kirayədə qalıram. Övladlarım da həmin şirkətdə işləyirdi, onları işdən də çıxartdı. Pulsuz vəziyyətdə qalmışıq. Hələ ki, boşanma prosesi baş tutmayıb. Məhkəmə davam edir. Şirkətin varidatı hesablanmayıb. Bakıdan da şahidlərimiz var. Onların da ifadələri alınaraq İstanbula məhkəməyə göndəriləcək”.
R.Ələkbərovun da arvadına qarşı iddiaları var. Belə ki, o, A. Ələkbərovanın son illərdə Türkiyəyə yalnız onun sərvətinə sahiblənmək məqsədilə gəldiyini düşünür. 
Aida Ələkbərova bildirir ki, həyat yoldaşı da ona qarşı məhkəmə iddiası qaldırıb: "Məndən 1000 lirə maddi, 1000 lirə isə mənəvi təzminat tələb edib. Son 20 ildə mənimlə birgə çəkilən bir şəklin belə olmadığını deyib. O, ərizəsində bir sıra yalan ifadələr verib. Bildirib ki, guya ailələrinin məcburetməsi nəticəsində evlənmişik və bu illər ərzində birgə yaşamamışıq. Bizim vəkilimiz prokurorluğa iddiaların yalan olduğunu bəyan edərək bununla bağlı sübutlarımızı təqdim edib”.
Onun sözlərinə görə, həyat yoldaşı 1996-cı ildə qardaşı Raim Ələkbərovla Türkiyəyə gedərək şirkət qurub: "O zaman övladlarım Bakıda orta məktəbdə oxuyurdu. 1999-cu ildə qızım orta məktəbi bitirib. Həmin 3 il müddətində hər tətildə birgə olmuşuq, yaxud da o Bakıya gəlib. 2001- ci ildə oğlum məzun olduqdan sonra biz Türkiyəyə köçdük və birgə yaşadıq. Şirkət ilk qurulanda hissələr həyat yoldaşımla qardaşı arasında yarı-yarıya bölüşdürülmüşdü. Məhkəmə prosesindən sonra sərvəti gizlətmək və mənim paylarımı verməməkdən ötrü hissələri azaldıb. Həmçinin bizi evdən çıxaran gün oğluma əmisi tərəfindən fiziki şiddət göstərilib. Həyat yoldaşımın qardaşları və şirkətin 5 işçisi məni təhdid edir və fiziki şiddət göstərir. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət edərək 3 aylıq qoruma qərarı almışıq.
Bundan əlavə, şirkətə məxsus telefonlarımızı alıblar, orada şəxsi yazışmalar var idi. Hər iki məsələdən dolayı da məhkəmə qarşısında iddia qaldırılıb. Övladlarım isə miras davası açmayıb”.
Qeyd edək ki, "Albros Denizcilik” şirkəti Türkiyənin 20 ən iri yükdaşıma şirkətindən biridir.  





Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər