Gündəm

Xankəndində hərbçi olmağa erməni tapılmır
Xankəndində yerləşən və separatçı qüvvələr üçün zabit hazırlayan yeganə hərbi təmayüllü lisey bağlanıb. Xristofor İvanyanın adını daşıyan hərbi məktəb Rusiyadakı Suvorov adına hərbi məktəblərin analoqu idi. Hərbçi olmaq istəyən yeniyetmələr bu liseydə 11-ci sinfə qədər oxuduqdan sonra Ermənistan və Rusiyanın ali hərbi məktəblərinə daxil olurdu.

Qeyd edək ki, Xristofor İvanyan adına lisey 2001-ci ildə yaradılıb. Lisey uzun illər Qarabağdakı separatçı rejimin qanunsuz hərbi birləşmələri, eləcə də zabit heyəti formalaşdırmaq üçün əsas mərkəz rolunu oynayıb. 2020-ci ilin sentyabrında liseydə 78 nəfər təhsil alırdı. Sülhməramlıların nəzarət etdiyi ərazidə yeganə hərbi təmayüllü təhsil müəssisəsinin bağlanması bölgədə qanunsuz hərbi birləşmələrin sayının kəskin azaldılması və yaxın gələcəkdə ləğvinə hazırlıq prosesindən xəbər verir. Bu həm də o deməkdir ki, ermənilər 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən sonra hərbçi olmaqdan boyun qaçırırlar, ölkənin hərbi potensialına inanmırlar.

Ekspertlər hesab edir ki, bu proses, yəni hərbi məktəblərin bağlanması Ermənistanda da yaşanacaq. Çünki II Qarabağ savaşında darmadağın olan ölkədə artıq heç kəs ölmək istəmir, hərbidən yayınır, hərbidə olanlar da tərxis olunmaları üçün bütün yollara əl atırlar.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Ermənistan tərəfin ordu saxlamasının özünün belə gülünc olduğunu söylədi: "Bu məktəbin fəaliyyəti Ermənistan və separatçı rejimin digər fəaliyyəti kimi qeyri-qanuni idi. Necə ola bilərdi ki, Azərbaycan ərazisində hərbi lisey qanunsuz fəaliyyət göstərsin? Bu liseyin məzunları Ermənistan və Moskvada oxusunlar? Onlar hansı ölkənin vətəndaşı idi? Kim onlara vətəndaşlıq vermişdi? Bütün bu faktlar bir daha onu göstərir ki, Ermənistan işğalçıdır və işğalçı fəaliyyət həyata keçirir. İstənilən halda nəinki bu məktəbin məzunları, Ermənistan və Rusiyada oxuyan məzunlar da Azərbaycan məzunlarına məğlub oldular. Biabırçı məğlubiyyətlərini bütün dünya gördü. Ona görə də bu məktəbin bir əhəmiyyəti qalmadı. Digər tərəfdən, burada kimlər oxuyacaq ki? Ermənistanın özündə belə orduya getmək istəmirlər. Övladları hərbi xidmətə getməsin deyə erməni valideynlər kütləvi şəkildə etiraz edirlər. Artıq onların özləri də yaxşı başa düşürlər ki, bu məktəbə qəbul olan olmayacaq. Bir müddətdən sonra Ermənistanın özündəki hərbi məktəbdə belə oxuyan olmayacaq. Bunun müxtəlif səbəbləri var. İlk səbəb məğlubiyyətdir. Digər səbəblərdən biri də Ermənistanın hələ dövlət, ordu qura bilməməsidir. Ümumiyyətlə, ağlı başında olan kəs Ermənistanda ordu saxlamaz. Bu işğalçı dövlətin hansı qonşu ölkələrinin olduğu göz önündədir. Həmin ölkələrdən hansına qalib gələ bilər? Ermənistana daxildə sabitliyi bərpa etmək üçün ancaq polis lazımdır. Ermənistan kimi ölkələrin ordu saxlamasının özü gülüncdür. Yaxın 15-20 ildə işğalçının ordusu olmayacaq. Bunun obyektiv və subyektiv səbəbləri var. Müharibədən elə bir zərbə alıblar ki, bir daha özlərinə çətin gələrlər. Necə ki, II Dünya müharibəsindən sonra məğlub olan Almaniya və Yaponiya uzun müddət ordu saxlamaqdan imtina etdilər, eləcə də Ermənistan bu yolla getməli, hərbidən imtina etməlidir”.

Politoloq Azər Hüseynov bildirdi ki, prosesin bu cür yekunlaşması normaldır: "Rusiya üçün ermənilərin silahlı olması öz maraqlarına xidmət edəndə lazım idi. İndi isə Paşinyan Rusiyadan, sadəcə, taktiki istifadə edir. Ruslar da bunu çox gözəl bilirlər. Belə olan halda Amerika və Fransa aşiqi olan birisinin layihəsinə silahlı dəstək, kadr dəstəyi nəyə lazımdır? Sadəcə, biz bir şeyə hazır olmalıyıq ki, erməniləri hərbisizləşdirib, HDP misali siyasiləşdirməsinlər. Sizə deyim ki, Cənubi Qafqazın sabitliyi üçün Ermənistan maksimum silahsızlaşdırılmalıdır. Əslində bu proses separat tör- töküntülərindən başlayır. Ermənilərin hərbçiliyə meyli ümumən imitasiya idi. İkinci Vətən savaşı onu göstərdi ki, ermənilər 366-cı alay və ona bənzərlər olmasa, hərbə aid millət deyillər. Arxalanacağı regional hərbi güc yoxdursa, hərbi təhsilə də ehtiyac yoxdur. İnşallah, güman edirəm ki, erməni xalqının heç olmasa böyük qisminin şüuru dəyişəcəkdir. Amma ən son məqsəd Ermənistanın demilitarizasiyası olmalıdır”.// "Yeni Müsavat”

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər