Gündəm

Aqibət Məmmədov və yerli məmurların tender oyunları: Gəncədə milyonlar necə









Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə 3 971 349.16 AZN dəyərində müqavilə imzalayıb.

"Mumtv.Az" HİT.Az-a istinadən xəbər verir ki, müqavilədə Gəncə şəhərində yolların təmir işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.

Süleyman Rzayev inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə 2012-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub.

Onun adı həm də Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı "pulun geri qaytarılması” iddiasını təmin edib.

Beynəlxalq Bank apelyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Araşdırmalarımız zamanı o da məlum olub ki, Süleyman Rzayev "Gəncə Körpü Tikinti-2” ASC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. ASC-nin sahibi iş adamı Aqibət Məmmədovdur. O, şirkətin Direktorlar Şurasının sədri kimi təqdim edilib.

Aqibət Məmmədov oliqarx kimi tanınır. O, ötən il oğlunun avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, Aqibət Məmmədovun oğlu Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Aqibət Məmmədovun rəhbərlik etdiyi ASC-yə gəlincə, şirkət əsasən Gəncənin yerli qurumlarının elan etdiyi tenderlərin qalibi olur. Məsələn, 2019-cu ildə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İsltehsalat Birliyi və Gəncə Şəhər İcra Hakimiyyəti şirkətlə 4 521 817.45 AZN dəyərində 3 müqavilə imzalayıb. Müqavilələrdə abadlıq-quruculuq və yolların təmiri işlərinin satın alınması nəzərdə tutulur.

Ehtimal olunur ki, Gəncənin yerli qurumlarının "Gəncə Körpü Tikinti-2” ASC ilə əməkdaşlığının kökündə Aqibət Məmmədovun yerli məmurlarla yaxınlığı dayanır.

"Gənc Körpü Tikinti-2” ASC ilə bağlı maraqlı faktlardan biri də Məhərrəm Məmmədov adlı vətəndaşın şirkəti məhkəməyə verməsidir.

Vətəndaş mediaya açıqlamasında bildirib ki, o, 5 saylı Körpü Tikinti İdarəsində sürücü kimi işləyirmiş. 1992-ci ildə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Milli Ordunun Gədəbəy bölməsinə silah-sursat gətirmək üçün Ağdam şəhərinə göndərilib. Geri qayıdarkən Gədəbəy rayonunda avtomobil qəzasına düşüb. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən Məmmədova sol ayağının üçdə bir və hər iki diz qapağının qapalı sınığı diaqnozu qoyulub. Bundan sonra ona 3-cü qrup əlillik dərəcəsi verilib.

Şikayətçi Məmmədov 2012-ci ildə Gəncə -Kəpəz rayon Məhkəməsində iddia qaldırır. O, "Gəncə Körpü Tikinti -2” Açıq Səhmdar Cəmiyyətindən 75.600 manatlıq aylıq ödəniş, 25.200 manatlıq birdəfəlik ödəniş, 5 min manat maddi ziyan, 5 min manat məbləğində mənəvi ziyanın ödənilməsini istəyib. Məhkəmə müddəti keçdiyi üçün iddianı təmin etmədiyini açıqlayır. Son olaraq Ali Məhkəmə də eyni qərarı çıxarır.

"Gəncə Körpü Tikinti 2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsaq Tomuyev məhkəmədə bildirib ki, ASC 5 saylı Körpü Tikinti Sahəsinin hüquqi varisidir. İdarənin işçisi olmuş Məhərrəm Məmmədovun iddiaları əsassızdır. Onun iştirakı ilə qeyd edilən tarixdə heç bir yol nəqliyyat hadisəsi olmayıb.

Məhərrəm Məmmədov 19 il ərzində bu işlə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlayıb. Vətəndaşın sözlərinə görə, onun şikayət məktublarının ümumi çəkisi 100 kiloqramdır.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır:

Aqibət Məmmədov və yerli məmurların tender oyunları: Gəncədə milyonlar necə
Aqibət Məmmədov və yerli məmurların tender oyunları: Gəncədə milyonlar necə
Aqibət Məmmədov və yerli məmurların tender oyunları: Gəncədə milyonlar necə
Aqibət Məmmədov və yerli məmurların tender oyunları: Gəncədə milyonlar necə
Aqibət Məmmədov və yerli məmurların tender oyunları: Gəncədə milyonlar necə

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər