Gündəm


"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılov məhkəmə qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda iş adamının anket məlumatları dəqiqləşdirilib, məlum olub ki, onun himayəsində iki yetkinlik yaşına çatmayan övladı var.

İlqar İsmayılovun vəkilləri məhkəmə prosesinin audio yazı vasitəsilə aparılmasını, həmin audioyazıların da məhkəmə iclas protokollarına əlavə olunmasını istəyib. Hakimlər buna razılaşmayıb. Vəkillərin daha bir vəsatəti İlqar İsmayılov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi olub. Müdafiəçiləri onun təqsirsiz olduğunu vurğulayıblar. İş adamı rəhbərlik etdiyi şirkətdən 680 min manatlıq mənimsəmədə ittiham olunur.

Vəkili İlhamə Həsənova isə deyir ki, o, təkcə 2013-2016-cı illər ərzində şirkətin xəzinəsinə 10 milyon manata yaxın vəsait mədaxil edib: "İstintaq yalnız qarşı tərəfin istintaqa təqdim etdiyi məxaric sənədlərinin kserosurətinə istinad edib. Bizim təqdim etdiyimiz sənədləri nəzərə almayıb”.

Vəkil həmin mədaxil qəbzlərini sübutlar siyahısına daxil edilərək mühsibatlıq ekspertizası keçirilməsi barədə vəsatət verib. Vəkillər İlqar İsmayılov barəsində 2017-ci ildə başlanmış və sonradan xitam verilmiş cinayət işinin materiallarının əlavə olunması haqda da məhkəmədə vəsatət qaldırıblar. Müdafiəçilər vurğulayıblar ki, ötən dəfə olduğu kimi, bu dəfə də İlqar İsmayılova qarşı cinayət işi tam əsassız və qanunsuzdur. Vəkil həmin mədaxil qəbzlərini sübutlar siyahısına daxil edilərək mühsibatlıq ekspertizası keçirilməsi barədə vəsatət verib. Vəkillər İlqar İsmayılov barəsində 2017-ci ildə başlanmış və xitam verilmiş cinayət işi materiallarının alınması barədə də məhkəmədə vəsatət qaldırıblar. Vəkil qeyd edib ki, İ.İsmayılova qarşı ittiham tamamilə əsassız və qanunsuzdur: "İlqar İsmayılov "İdeal Kompani” MMC-nin, yəni direktoru və təsisçisi olduğu şirkətin əmlakını mənimsəməklə ittiham olunur. Həmin dövrdə şirkətə məxsus olan əmlak əslində İlqar İsmayılovun özünə məxsus olub. Cinayət işində qeyd olunan hallar doğru olsaydı belə, İlqar İsmayılov özgə əmlakını yox, direktoru və təsisçisi olduğu şirkətin sərəncamında olan əmlakdan istifadə etmiş olacaqdı. İlqar İsmayılov barəsində 2017-ci ildə mənimsəmə ittihamı ilə cinayət işi başlanıb. Sonra da həmin işə xitam verilib. Şirkətin də rəyi var ki, araşdırmalarla hər hansı kənarlaşdırma müəyyən edilməyib. Bəs indi kənarlaşma neçə müəyyən edilib?”

Müdafiəçilər İlqar İsmayılovun səhhətində problem olduğunu, ölümlə üz-üzə qaldığını vurğulayıblar. Vəsatətləri münasibət bildirən İlqar İsmayılov özünü təqsirli bilməyib. "İdeal” şirkətini 1999-cu ildə yaratdığını deyən iş adamı vurğulayıb ki, əgər təsisçi kimi, o həbsdədirsə, digər təsisçilər də həbs edilməlidir: "Əgər mən buradayamsa, o biri təsisçilər də həbs olunmalıdır”. Məhkəmə vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

Bu iş üzrə məhkəmə baxışı iyunun 7-nə təyin edilib. İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Lakin o, ittihamları qəbul etmir. Anası Solmaz İsmayılova da oğlunun təqsirsiz olduğunu deyir. O, bugünlərdə prezident və vitse-prezidentə ünvanladığı müraciətdə vurğulayıb ki, oğlu onun biznesinə göz dikən məmurların sifarişi əsasında həbs edilib: "Oğluma qarşı ittihamların heç bir əsası yoxdur”. Solmaz İsmayılova xatırladıb ki, oğlu "İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb: "3 il dözsə də, sonra hüququnu tələb etməyə başladı. Bundan sonra yenə hədə-qorxular, təhdidlər başladı. Həbs olunacağı barədə xəbərdarlıq edildi. Təhdidlərdən çəkinməyərək haqqını tələb etməyə davam etdiyi üçün yenidən həbs edildi. Guya 2013-2014-cü idə özünə məxsus, dövriyyəsi və gəliri milyonlarla ölçülən şirkətin 600 min manat vəsaitini mənimsəyib. Bunun nə qədər absurd ittiham olduğu hamıya gün kimi aydındır…”

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edirdi. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.// Gununsesi.info

Son xəbərlər

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Bütün xəbərlər