Gündəm

Sahil Babayevin
MUMtv.az:- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) katriclərin satın alınması üzrə elan etdiyi satınalma müsabiqəsinin qalibini açıqlayıb. REPORTYOR. info xəbər verir ki. qalib şirkət "Kəmər-Qaya” MMC-dir. Müsabiqənin şərtlərinə görə 40 819.74 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə "Kəmər-Qaya” MMC 25 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Goranboy rayonunun Şəfəq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Ələskərov Kamal Ələskər oğludur.
Açıq mənbələrdə Kamal Ələskərov barədə hər hansı məlumat yoxdur. 10 aprel 2020-ci ildə reyestr sənədlərinə dəyişiklik edilib. Dəyişikliyin detalları bəlli deyil. Ehtimal etmək olar ki, bu dəyişikliklə Kamal Ələskərov MMC-nin yeni qanuni təmsilçisi olub.
"Kəmər-Qaya” MMC barədə apardığımız aradırmalardan məlum olur ki, şirkət əsasən ƏƏSMN və onun tabeliyindəki qurumların keçirdiyi satınalma müsabiqlərinin qalibi olur.
2019-cu ildə DSMF şirkətlə 120 796 manatlıq müqavilə imzalayıb. Müqavilədə qurumun aparatı və yerli orqanları tərəfindən istifadə ediləcək avadanlıqların satın alınması nəzərdə tutulub.
2020-ci ildə isə 1 saylı Bakı DOST Mərkəzi "Kəmər-Qaya” MMC-dən 4 805 manatlıq dəftərxana və təsərrüfat malları alıb. Həmçinin 2020-ci ilin may ayında isə rəsmi nəşr olan "Azərbaycan” qəzetində DOST Agentliyinin Kəmər-Qaya MMC ilə müqavilə imzaladığı barədə bildiriş dərc edilib. Bildirişin mətnini təqdim edirik: "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi (DOST Agentliyi) İdarənin xərcləri üzrə malların satın alınması məqsədilə elan etdiyi açıq tenderdə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsini həyata keçirmiş və müsabiqənin qalibi "Kəmər- Qaya” MMC müəyyən edilmişdir. Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır”.
İyun ayında isə "Azərbaycan” qəzetində daha bildiriş dərc olunub.Həmin bildirişdə qeyd edilir ki, ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 17 mart 2020-ci dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə keçirdiyi tenderin qalibi "Kəmər Qaya” MMC olub. 2020-ci ilin dekabrında isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin "Kəmər-Qaya” MMC ilə növbəti satınalma müqaviləsi imzalayıb. Müqavilədə 50 ədəd əlil arabasının alınması nəzərdə tutulub. Araşdırmalar zamanı bəlli olub ki, "Kəmər-Qaya” MMC-nin tender təklifinin dəyəri Çindən gətiriləcək əlil arabası Azərbaycan gömrüyündə bəyan edilən idxal qiymətindən 10 dəfə çoxdur: "Bu şirkətin tender təklifinin dəyəri 1,9 mln. manatdan çox, yaxud bir vahidə görə 1900 manat (1 117 dollar) təşkil edib. İstehsalçı ölkə barədə məlumat vermir”.
Eyni zamanda, cari ilin 10 ayında Azərbaycanın xaricdən mühərriklə təchiz olunmuş 1 221 ədəd əlil arabası aldığını qeyd olunub. Hərəkət edə bilməyən insanlar üçün bu nəqliyyat vasitələrinin əsas hissəsi – 986 ədədi Çindən tədarük edilib. Çin istehsalı olan əlil arabaları gömrükdə bir ədədi orta hesabla 104,8 dollara bəyan edilir. Bu müddətdə Türkiyədən orta qiyməti 601,3 dollar dollar olan 173 araba alınıb. Mühərriklə təchiz olunmuş arabaların idxalı gömrük rüsumuna cəlb edilmir, ƏDV ödənilir (18 faiz)”, – mediada dərc edilən xəbərdə bildirilir.
Göründüyü kimi "Kəmər-Qaya” MMC ilə ƏƏSMN arasında şübhəli əməkdaşlıq var. Əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayevdir. O, 2018-ci ildən bu vəzifədədir. Sahil Babayev hakimiyyətin apardığı islahatlar çərçivəsində yüksək vəzifəyə təyin olunmasına baxmayaraq hazırda ən çox ictimai tənqidə məruz qalan məmur hesab edilir.//dia.az

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər