Gündəm

Deputat həkimlərin müdafiəsinə qalxdı:
"Həkimlərin sertifikasiya imtahanını bu çətin peşə sahiblərinə haqsızlıq kimi qiymətləndirirəm. Düşünürəm ki, 2020-ci ildən bugünədək pandemiya ilə mübarizə aparan, 44 günlük müharibədə əldə edilmiş zəfərdə kifayyət qədər əziyyəti olmuş həkimlərimiz üçün sertifikasiya imtahanı ləğv edilməlidir. Son iki ilin bütün yükünü səhiyyə işçiləri daşıdı. Hətta onların bir qismini pandemiya dövründə və müharibədə itirdik. Cəmiyyəti ayaqda saxlayan əsas sütunlardan biri də səhiyyədir. İnsanların sağlamlığının qayğısını çəkmək olduqca vacibdir. Hər iki müharibədə canını heçə sayan neytral zonadan yaralı çıxardan, COVID-lə mübarizədə gecəsini-gündüzünə qatanlara qarşı haqsızlıq edilir. Buna cəmiyyət olaraq etiraz etməliyik, bu onlara olan mənəvi borcumuzdur”.

MUMtv.az-ın "Report"a istinadən  məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat hesab edir ki, sertifikasiya ilə nə həkimlərin bilik səviyyəsini yüksəltmək, nə də tibb sahəsində mövcud olan qüsurları aradan qaldırmaq mümkündür:

"Ümumiyyətlə qanunla Səhiyyə Nazirliyi işə götürən və həkimləri testdən keçirən qurum kimi çıxış edə bilməz. Azərbaycan qanunvericiliyinə görə, tibb sahəsində təhsil almış və internaturanı keçmiş bütün şəxslərin ölkə ərazisində həkim işləmək hüququ var. Bunu heç kim məhdudlaşdıra bilməz. Əslində bütün dünyada həkimliyin göstəricisini müəyyən edən həkimlər assosasiyalarıdır. Məsələn, dünya ölkələrində stomotoloqlar assosasiyası, terapevtlər, kardioloqlar assosasiyası və s. var. İctimai peşə təşkilatları yeni tibb sahəsini bitirmiş şəxsi üzv qəbul etməzdən əvvəl həmin şəxs imtahan verir, onun peşəkarlığı yoxlanılır, sonra üzv qəbul olunur. Bundan sonra onlar həkim fəaliyyəti ilə məşğul ola bilərlər. Bizdə isə bu səlahiyyəti nazirlik üzərinə götürüb. Əslində isə nazirlik bunu edə bilməz. Hüquqi baxımdan da ziddir. Belə ki, bildiyimiz kimi Əmək Məcəlləsinə görə işçi işə qəbul olunandan 1 il sonra attestasiyadan keçirilə bilər və o üç dəfə attestasiyadan keçdikdən sonra ömrünün sonuna kimi nə qədər işləsə, bir daha bu prosesə cəlb edilmir. Çünki artıq o sübut edir ki, bu işi bilir. 25-30 il işləyən həkimi attestasiya etmək isə heç xoş hal deyil. Yeni qəbul olunanları sertifikatlaşdırmaq isə başqa məsələdir. Bəli mən də bununla razıyam, amma bunu da Səhiyyə Nazirliyi etməməlidir. Digər tərəfdən sertikfiasiya bir növ unversitetin verdiyi diplomu tanımamaq və ya diplomu alıb adi bir sertifikat təqdim etməkdir”.

"Ümumiyyətlə əgər imtahan olsa belə bu tibbi xidmətin yaxşılaşdırılmasına yönəlmiş hər hansı təkmilləşdirmə kursundan sonra olsun. Əgər 35 il əvvəl kimyanı keçən həkim hər hansı kimyəvi termini yadında saxlamayıbsa, bu onun pis həkim olduğunu göstərmir. Sertifikat məhsula verilir. Yaxud insana hansısa kursda iştirakından sonra təqdim olunur. Sertifikat vermək niyyəti varsa müvafiq qurumun o halda həkimlər üçün ixtisasları üzrə təkmilləşdirmə kursları təşkil etsin və ya xarici ölkələrə təcrübə mübadiləsinə göndərsin", - deputat bildirib.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər