Gündəm


MUMtv.az: - Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında iştirakının qadağan edilməsi barədə qərar verib. Qadağa aprelin 30-dan etibarən qüvvəyə minir. Qərara əsasən, Türkiyədə istənilən növ kriptovalyutanın mal və xidmətlərə görə ödəniş vasitəsi kimi istifadəsi qadağan olunur.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Razi Abasbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə hökumətinin bu qərarı tamamilə əsaslıdır. Çünki kriptovalyuta etibarsız və konkret olaraq arxasında əmtəə dayanmayan bir valyutadır:

"Bu gün dünya bazarlarında kriptovalyutaların real bazar dəyəri, onun əmtəə nişanı olaraq dəyər ifadə etməsi ciddi mübahisə doğurur. Nyu-York Fond Birjasında bu valyuta əslində müəyyən mənada hansısa spekulyasiya vasitəsi kimi istifadə edilir. Lakin Asiya və London birjalarında bu valyutanın real bazar dəyəri ifadə edilmir. Bu baxımdan da Türkiyə hökumətinin qərarı anlaşılandır. Bu gün SVİFT iştirakçıları kriptovalyutalarla bağlı olaraq dəyər indeksi təqdim etmirlər. Nəticə etibarıyla da dünyanın fond birjalarında elektron valyuta anlayışından irəli gedə bilməyən kriptovalyutalar istənilən halda dəyərsiz və daha çox dünya bazarında manipulyativ alət anlamına gəlir".

R.Abasbəyli əlavə edib ki, bütün dünyada pandemiya dövründə kriptovalyutaların istifadə edilməsinə əsasən, elektron ticarətdə cəhdlər oldu:

"Qeyd edim ki, kriptovalyuta vizual olaraq meqaholdinqlərin payçıya və ya səhmdara çevrilmək şansı tanımayan valyuta növüdür. Real bazara inteqrasiyası ilə bağlı heç bir mühüm razılaşma, konsorsium mövcud deyil. Yəni siz bu gün dünya bazarında kriptovalyutaya sahib olsanız da faktiki birjada çox aşağı avantajlı iştirakçısınız və ilk növbədə bu valyutanın sığorta bazası etibarlı deyil. Lakin nə real dəyər qazandırmaq, nə də bu qazandıra biləcək dəyəri real alətə çevirmək hələ ki, mümkünsüzdür. Bu baxımdan da müstəqil olaraq sənaye istehsalı ilə dünya bazarında iştirakçı olan, o cümlədən də bazarda indekslər üzrə investor kimi pay sahibi olan səhmdarlar kriptovalyutaya maraq göstərmir.

Yəni etibarsız və konkret olaraq arxasında əmtəə dayanmayan bir valyutanı pandemiya dövründə dəyərli bir maliyyə aləti kimi dünyaya təqdim etmək cəhdləri var. Hesab edirəm ki, Türkiyə hökumətinin bu qərarı tamamilə əsaslıdır".

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər