Gündəm

ATƏT-in Minsk Qrupu obyektiv struktur deyil
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın da daxil olduğu beynəlxalq nümayəndə heyəti bir gün əvvəl Azərbaycanın azad edilmiş ərazilərini ziyarət edib. ADA Universitetinin təşkil etdiyi səfər zamanı diplomat Azərbaycanın Ağdam rayonunda olub.

Metyu Brayza Caliber.Az-a verdiyi müsahibədə azad olunmuş ərazilərə səfər təəssüratlarını bölüşüb və ATƏT-in Minsk Qrupunun fəallaşmasını qiymətləndirib:

"Bəli, bu yaxınlarda Ağdamda oldum. Bir vaxtlar çiçəklənən gözəl şəhərin məhvinin miqyası məni heyrətləndirdi. Və bu hansısa döyüş əməliyyatları zamanı baş verməyib. Müharibə bitdikdən sonra (Birinci Qarabağ - red.) Ağdamı işğal edən erməni tərəfi şəhəri sadəcə olaraq məhv etməyə qərar verdi. Bu bir növ məhvin barbarcasına təşkili, əmlakın, evlərin qarəti idi”.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin son açıqlamasına (hansı ki, yeni məzmun yox idi) toxunan həmsöhbətimiz mətndə lazımi təfərrüatların və ya hər hansı bir əhəmiyyətli mənanın olmadığını qəbul edib.

"Düşünürəm ki, onların sadəcə hazırda şərh edəcək heç bir məqam yoxdur. ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Qarabağ münaqişəsi artıq həll edilib. Minsk Qrupu münaqişəyə həll yolu tapmaq üçün yaradılmışdı. Həll tapılıb və bu səbəbdən Minsk Qrupunun hələ heç bir işi yoxdur. Prezident İlham Əliyev həmsədrləri münaqişədən sonrakı yeni vəziyyətdə hansı faydalı iş görə biləcəklərini düşünməyə dəvət etdi”, - deyə müsahib bildirib.

Metyu Brayza qeyd edib ki, erməni tərəfi, əlbəttə ki, münaqişənin hələ həll olunmadığını göstərmək istəyir:

"Onlar bəzi hüquqi məsələləri, Qarabağın mümkün "statusunu” (dırnaq işarəsi bizimdir – red.) müzakirə etmək şansının olduğunu düşünürlər. Mən bunun mümkün olacağına əmin deyiləm. Beləliklə, Minsk Qrupunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası kimi başqa işlərlə məşğul olması gərəkdir. Ancaq həmsədrlər hələ nə edəcəyini bilmədikləri üçün mənasız açıqlamalar yayımlayırlar. Qeyd etmək istərdim ki, bir vaxtlar ATƏT-in Minsk Qrupunun işində iştirak etdiyim zaman açıqlamalara çox detallar qoyurduq, nəsə baş verirdi, bir irəliləyişə yaxınlaşırdıq və müvafiq şəkildə ölkələri istiqamətləndirməyə çalışırdıq”.

- ATƏT-in Minsk qrupunun, məsələn, Fransanın mövqeyini nəzərə almaqla obyektivliyi barədə nə düşünürsünüz?

- Düşünürəm ki, Fransanın mövqeyi ATƏT-in Minsk Qrupunu obyektiv bir struktur kimi qəbul etməyə imkan vermir. Fransa Xarici İşlər naziri Le Drianın Qarabağın statusunun danışıqlar mövzusu olması barədə açıqlamasını xatırlayın. O, bunu 10 Noyabrı Bəyanatından dərhal sonra söylədi. Beləliklə, ya Fransa yenidən necə obyektiv görünə biləcəyini düşünməlidir (hansı ki, demək olar ki, qeyri-mümkün olduğunu düşünürəm), ya da bəli, digər ölkələr də danışıqlar qrupuna əlavə edilməlidir. Ermənistanın Türkiyəni də daxil etməyə razı olacağını düşünmürəm, amma Azərbaycan açıq şəkildə Fransanı Qrupda görmək istəmir.

Son xəbərlər

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Bütün xəbərlər