Gündəm


MUMtv.az: - Xəbər verdiyimiz kimi bir neçə gündür ki, erməni girovluğundan azad edilən Dilqəm Əsgərovla Şahbaz Quliyevin mübahisəsi davam edir. Onlarla birlikdə girovluqda öldürülən Həsən Həsənovun bir neçə gün öncə doğum günündə Həsənin necə öldürülməsini Dilqəm Əsəgərovdan əməkdaşımız soruşandan sonra D.Əsgərov Ş.Quliyevin ünvanına ittihamlar səsləndirmişdi.

Bu gün isə Moderator.az-ın redaksiyasına zəng vuran D.Əsgərov Ş.Quliyevin onları ermənilərə satdığını bildirib:

"Məndə bizim məhkəmələrin qərarı var. Şahbazın danışdıqları, tutulması, bizi satması, ermənilərə "agent” işləməsi orda yazılıb. Mən indiyə qədər susurdum, istəmirdim bu məsələni açıqlayam. Mən indi bu dəfə istəyirəm ki, Şahbazı xalqın öhdəsinə verim. Qoy camaat görsün ki, Bakıda olan ermənilər bu ermənini öyrədib orda məni tutdurdular, Həsəni öldürtdürdülər. İndi də burdakı ermənilər Şahbazı müdafiə edib, onun işlərinin üstünü ört-basdır edir. Amma onlar bilmir ki, üç məhkəmə sənədinin qərarı məndədir. Burda bir məsələ var.

Şahbaz fermaya ermənilərin yanına gedib və orda "YouTube” səhifəsinə girərək mənim şəklimi çıxartdırıb və bütün Ermənistana yaydırıb. Yalandan deyir ki, mən Əsgərovu arxamaca çəkdim vurdum. Düzdü, o, məni bir neçə dəfə vurub və bu əmri də ermənilər verib. Burda Həsənin ölüm məsələsi var. İndi hər şeyi sizə açıqlayacam. Həsən ayın 9-da tutulmayıb. Burda əlimdə məhkəmənin sənədləri var. Şahbaz ayın 8-də tutulub, Həsən isə ayın 11-də öldürülüb. Mən isə ayın 14-də tutulmuşam. Bütün bu sənədlərin hamısı məndədir. Mənim haqqımda yazılan kitab da Şahbazın həyat yoldaşı Albinanın əliylə Qarabağa göndərilib. İndi Bakıdakı erməni "agent”ləri ki, var, həmin o adamlar istəyirlər ki, Şahbazın işlərinin üstü açılmasın. Mən indi bu məhkəmə sənədlərini gətirib Həsənin qardaşlarına verəcəm. Onda Həsənin ölümünə cavab versin.

Həsənin başına baxmışam, onun başına tapançayla atəş açıblar. Həsən özü-özünü vurmayıb. Həsənin qıçından iki güllə dəyib. Şahbaz məni öldürmək istəyirdi. İki dəfə "dubinka”yla başımdan vurdu və mən paralic keçirdim. Bir tərəfim işləmədi. Qırmızı Xaç Komitəsinin həkimləri ayaqlarımı güclə bərpa etdi. Ondan soruşdum ki, sən məni niyə vurursan? Dedi ki, "çünki günahını boynuna almırsan. Günahını boynuna al”. Amma indi mətbuata açıqlama verib deyir ki, "mən Əsgərovu belimdə daşımışam”. Sən məni haçan belində daşımısan? Mənin onun haqqında Şuşa türməsində ayaqyolunun böyründəki boruya bütün bu məlumatları yazıb qoymuşam. Çünki Bakıdakı ermənilər Şahbaz Quliyev kimi ermənini medafiə edir. Düşünüdüm ki, ola bilər başıma nəsə gəlsin, ona görə o məlumatları borunun içinə qoydum ki, nə vaxtsa torpaqlar işğaldan azad ediləndən sonra azərbaycanlılar bu məlumatı bilsinlər. Qırmızı Xaç Komitəsinə ərizə yazıb bildirdim ki, bu "agent” olduğuna görə onunla bir otaqda qalmıram. Bakıda bəzi erməni təşkilatlarının üzvləri var və Şahbaz da onların adamıdır. Çalışırlar ki, onu müdafiə etsinlər, amma bu da mümkün deyil. Utanmaz-utanmaz Azərbaycan bayrağını çiyninə taxıb, amma sən o bayrağı məhkəmədə təhqir elədin. İndi gəlib bayraq belində gəzirsən. İyirmi dəfə getmişdim Qarabağa. Bir dəfə Şahbazı apardım və onda da bizi satdı, Həsən də öldürüldü”.

Məsələylə bağlı əməkdaşımız Şahbaz Quliyevlə əlaqə saxlayıb. Ş.Quliyev ittihamlarla razılaşmayıb:

"Sizin işiniz-gücünüz yoxdur? İki aydır ki, bu mübahisə gedir. O, adam dəlidi, xəstəxanaya yerləşdirmək lazımdır. O, dəlidi və məni də əsəb xəstəliyinə salıb. Onu tutdururdumsa, elə orda tutdurardım da. Səkkiz gündən sonra həbs etdirdim?”.





Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər