Gündəm

Azərbaycanda
Yeni növ koronavirus infeksiyasına qarşı "AstraZeneca” peyvəndi Azərbaycana Koreyadan gətirilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında 84.000 doza miqdarında əhəmiyyətli bir yükü Səhiyyə Nazirliyinin nümayəndələri, nazir müavini Viktor Qasımovun rəhbərliyi ilə qarşıladılar.

Ümumilikdə, İngiltərə-İsveç şirkəti may ayının sonunadək 432.000 doza həyat qurtaran peyvəndin Azərbaycana çatdırılması barədə söz verib. Bununla birlikdə, dərmanın istehsal cədvəlindən iki aylıq bir gecikmə olduğu üçün onu vaxtında yerinə yetirib-yetirməyəcəyi bilinmir.

Müqayisə üçün bir nümunə verək. Müqaviləyə əsasən, "AstraZeneca” 2021-ci ilin ikinci rübünə qədər Avropa ölkələrinə 180 milyon doza peyvənd çatdırmalı idi. Ancaq nədənsə, yalnız şirkətin özünə məlum olan səbəblərdən, bu rəqəm artıq iki dəfə azalıb və 90 milyon dozaya bərabərdir.

"AstraZeneca” Azərbaycanda COVID-19-a qarşı istifadə edilən ikinci dərmandır. Xatırladaq ki, bu ilin yanvar ayında Çin istehsalçısı "Sinovac”-dan ölkə əhalisi arasında uğurla istifadə olunan bir peyvənd idxal edildi. İki ay yarım ərzində 1.111.722 nəfər peyvənd edildi. Birinci dozanı 706 433, ikincini isə 405 289 xəstə qəbul etdi (9 aprel 2021-ci il tarixinə olan statistika). Eyni zamanda, dərmanın kənar təsirindən yaranan ölümcül bir hadisə də qeydə alınmadı. Peyvənddən sonra bəzilərində yalnız iynənin yerində qızartı, temperatur və təzyiq artımı müşahidə edildi.

"AstraZeneca” peyvəndinin ilk partiyası sərhədi keçməmiş sosial şəbəkələrdə qızğın müzakirələr başladı. Əhali Çin dərmanına ehtiyatla yanaşırdısa, Avropa dərmanına heç bir inam olmadığı ortaya çıxdı. Dünyəvi günahlarının hesabını vernək üçün Yaradanın qarşısına vaxtından əvvəl çıxmaqdan qorxan insanlar, artıq "ölümcül peyvəndi” silah gücünə belə, qəbul etməyəcəklərini bəyan etdilər.

İnsanların qorxuları başadüşüləndir, çünki mart ayı "AstraZeneca” peyvəndinin dünyada tətbiqindən sonra baş verən ölüm faktları ilə müşayiət edildi. Bir tərəfdən koronavirusu öldürür, digər tərəfdən peyvəndin səbəb olduğu tromboz (15 hal), ağciyər emboliyası (22 hadisə) və anafilaktik şok (Gürcüstanda baş verən ilk və tək hadisə) kimi ağırlaşmalar qeydə alınıb.

İş o yerə çatdı ki, Avropa Birliyi ölkələri (Almaniya, Fransa, İtaliya, İspaniya, Sloveniya, Portuqaliya, Kipr, İsveç, Hollandiya, Avstriya, Danimarka, Estoniya, Latviya, Litva, Bolqarıstan, İrlandiya, Lüksemburq), Birliyin üzvü olmayan Norveç və İslandiya, eləcə də İndoneziya, Konqo Demokratik Respublikası, Tayland, Cənubi Afrika dərman yeridilməsi ilə xəstə ölümü arasındakı mümkün əlaqələrin tam araşdırılmasına qədər bu peyvəndin istifadəsinin dayandırıldığını açıqladı. Ancaq "üsyançı” ölkələr arasında "AstraZeneca”-ya "sadiq” bir ölkə də var – idi Ukrayna.

Avropa qarışmağa başlayan kimi İngiltərə-İsveç kampaniyası vəziyyətin gərgin olduğunu başa düşdü və "vabank” getməyə qərar verdi - vaksinin adını dəyişərək, "Vaxzevria” etdi. Amma xarici dəyişikliklərə baxmayaraq, "Pandora qutusu elə açıq olaraq qaldı”.

Yeddi ay əvvələ (avqust 2020) qayıdıb xatırlayırıq ki, "Lancet” jurnalında dərc olunan məqlayə görə, AZD1222 kodlu bu peyvənd üzərində aparılan bir tədqiqatın ilkin nəticələri, dərmanın tək bir tətbiqinin SARS-CoV-ə qarşı bir ayda insanların 95%-ində antitellərin dördqat artmasına səbəb olduğunu göstərdi. Həmin ilin noyabr ayında "AstraZeneca” iki dozadan sonra peyvəndin 70% effektivlik göstərdiyini və immunitetin ilk inyeksiyadan sonra 14 gün ərzində inkişaf etdiyini bildirdi. Ciddi yan təsirlərə gəldikdə, onlar müəyyən edilmədi.

Lakin hər şey ilk baxışdan göründüyü qədər sadə deyil. Məsələ burasındadır ki, tədqiqat mərhələsində belə, dərman sınaqları subyektlərdən birinin ölümü səbəbindən müvəqqəti olaraq dayandırılmışdı. Amma sonra həkimlər bunun səbəbinin vaksinlə əlaqəli olmadığı qənaətinə gəldilər.

Bununla birlikdə, kütləvi aşılanmanın başlanmasından sonra xəstələr arasında xəstəxanaya yerləşdirilmə və ölüm xəbərləri yayılmağa başladı. Əvvəlcə Avstriya, daha sonra Danimarka və Slovakiyada belə faktlar yer aldı. Bununla yanaşı, həkimlərin insanların ölüm səbəbinin onlarda qan laxtalanması olduğunu iddia etməsinə baxmayaraq, şirkət öz növbəsində bu faktlar arasında heç bir əlaqənin olmadığını iddia etdi.

Lakin "Vaxzevria” sübutların olmamasına istinad etsə belə, onun sudan quru çıxması çox çəkmədi. 6 aprel 2021-ci il tarixində Avropa Dərman Vasitələri Agentliyi (ADVA) damar trombozunun məhz vaksinlə əlaqəli olduğunu açıqladı. Beləliklə, aşılanmış 18,1 milyon ingilisdən 30-nun (artıq 7 nəfər ölüb) damarlarında qan laxtaları meydana gəldi.

Bu açıqlamaya baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Vaxzevria” ilə qan laxtaları arasındakı əlaqəni görməməyə davam edir. Yadınızdadırsa, eyni qurum bir il əvvəl koronavirus pandemiyasının olmayacağını da elan etmişdi.

Koronavirus məsələsinin Azərbaycan Nazirlər Kabineti səviyyəsində həll olunduğunu nəzərə alsaq, vaksinin gətirilməsini təşkil edən dövlət strukturları ADVA bəyanatına və bu vaksinlə əlaqəli dünyada baş verənlərə hansısa bir reaksiya verməlidir.

AYNA bununla əlaqədar olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinə müraciət edib. Buradan bizə bildirilib ki, "Vaxzevria” peyvəndi dövlət xətti ilə Azərbaycana gətirilib, ona görə suallara cavabları ya Səhiyyə Nazirliyində, ya da Nazirlər Kabineti yanında Operativ Qərargahda axtarmaq lazımdır.

Səhiyyə Nazirliyinin cavabı özünü çox gözlətmədi. Nazir müavini Viktor Qasımov ölkəyə gətirilən yeni peyvəndin hələ istifadə edilmədiyini söylədi. Onun sözlərinə görə, vətəndaşları keyfiyyətli və təhlükəsiz dərmanlarla peyvənd etmək üçün işlər davam edir və peyvəndlərdən istifadə məsələsini yalnız ÜST tənzimləyir.

Bir gün sonra əhali arasında artan narahatlığı görən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov vəziyyətə aydınlıq gətirməyə çalışdı. Onun sözlərinə görə, "Vaxzevria” peyvəndi ətrafında aparılan söhbətlər ÜST-yə müraciət etməyə səbəb oldu. Lakin beynəlxalq təşkilat təkcə Azərbaycana deyil, digər ölkələrə də bu dərmanı istifadə etmələrini tövsiyə etdi.

Deputat da nazir müavinin yeni peyvəndin hələ istifadə olunmadığına dair sözlərini təsdiqlədi: "Çünki ölkədə "CoronaVac”-ın uzunmüddətli istifadəsi üçün kifayət qədər ehtiyat var. Yerli və beynəlxalq ekspertlərin rəyi əsasında şübhələr müvafiq qurumlar tərəfindən hərtərəfli araşdırılacaq. Azərbaycan cəmiyyəti əmin olmalıdır ki, dövlətimiz hər zaman hər bir vətəndaşın sağlamlığına qayğı göstərir, eyni zamanda pandemiyanın gətirdiyi iqtisadi və digər zərərlərin qarşısını almaq üçün vaxtında addımlar atır. Bunlardan ən təsirli kütləvi vaksinasiyadır. Ölkəmiz bu məsələdə lider olmağa çalışır”.

Ümid edirik ki, "Vaxzevria” peyvəndi haqqında deyilənlər sadəcə söz-söhbətdir. Amma əgər biz yanılırıqsa, bu, bir çox insan üçün faciəyə çevrilə bilər. Hələlik isə "Bizi öldürməyən hər şey bizi daha da gücü edir” şüarı ilə koronavirusla mübarizəmizi davam etdiririk.

P.S. "Vaxzevria” ətrafında səs-küyün daha da güclənməsinə imkan verməmək üçün şirkət aşılananlardakı qan laxtalanma səbəblərini araşdırmağa başladı. Onların cəmiyyətə təqdim etdiyi sənəddə deyilir: "Artıq mövcud halları, epidemiologiyanı və bu son dərəcə nadir halları izah edən mümkün mexanizmləri anlamaq üçün çalışırıq”.

Əlavə olaraq, aşılanan xəstələrin cinsi, yaşı və ya digər parametrləri ilə əlaqəli risk faktorlarının təyin edilmədiyi də bildirilir.
AYNA

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər