Gündəm

Bakıda hindistanlı turistlər niyə həbs olunub? — RƏSMİ AÇIQLAMA
 
 
 
 
 

 
 
Azərbaycana turist kimi gələn beş nəfər hindistanlı - Bujel Suman, Ajrudin, Kristian Selinben Noyelkumar, Tamanq Sinq Bahadır və Cundra Simon Bakıda yaşadıqları evdə həbs olunub. Onları Dövlət Miqrasiya Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşları saxlayıb.
"MUMTV.az” bizimyol.info-ya istinadən xəbər verir ki, həbsdəki hindistanlılar yaxınlarına zəng edərək, günlərdir ac saxlandıqlarını deyiblər, təhqiramiz davranışdan, işgəncədən şikayətləniblər:

""Təsəvvür edin, zəng edib, ağlaya-ağlaya deyirdilər ki, "bizə burada yemək verilmir, işgəncə altınayıq”. Onların həbsi qanunsuzdur. Heç bir qanunsuzluq eləməyiblər. Azərbaycana da viza ilə gəliblər. Kristian Selinben Noyelkumar həyat yoldaşıyla birlikdə səyahətə gəlmişdi. Onlar həbs olunanda vizalarının müddəti bitməmişdi. Hətta bitsə belə, mütləq əvvəl ölkəni tərk etmək barədə xəbərdarlıq olunmalıydı”, - deyə "Bizimyol.info”ya bildiriblər.

Əlavə ediblər ki, həbsdəki yaxınlarının azadlığa çıxması, hüquqlarının müdafiəsi üçün artıq azərbaycanlı vəkillə müqavilə bağlayıblar: "Vəkilə sənədləri vermirlər, bu nə deməkdir?!”

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Elnur Kələntərli məsələ ilə bağlı saytına bildirib ki, qanunvericiliyə əsasən, daimi yaşayışla bağlı bir illik müqavilənin bitməsinə 30 gün qalmış onlar müqavilənin uzadılması üçün müraciət etməlidirlər. Müraciət etmirlərsə, axırıncı gün ölkədən çıxmalıdırlar. Çıxmırlarsa qanunsuz miqrant hesab edilirlər:


"Xəbərdarlıq məsələsinə gəlincə hər bir miqrantın əlindəki sənəddə onun vizasının nə zaman bitməsi barədə məlumat olunur. Ola bilsin ki, adı çəkilən şəxslərin geri dönüş bileti olmayıb. Əgər bilet olmasa təbii olaraq həmin şəxsin qanunsuz miqrant elan edilməsi gözlənilir. Geri dönməyə imkanı olmayan şəxslərə biz kömək edirik və ölkəsinə yola salıqrıq. Azərbaycana milyonlarla turist gəlir onarın hər birinə xəbərdarlıq etməli deyilik. Biz ilk növbədə ölkəmizin təhlükəsizliyini düşünürük. Ölkəyə turist qismində daxil olan əcnəbinin viza vaxtı bitirsə bu qanunsuz fəaliyyətdir. Bizim ölkəmizə gələn hər bir xarici vətəndaş ölkə qanunlarına hörmətlə yanaşmalıdır.

O ki, qaldı işgəncə verilməsi məsələsinə bu doğru ola bilməz. Biz cəza vermirik, onlar cinayətkar deyillər. Biz cinaytkarlıqla mübarizə qurumu deyilik. Onlar saxlanılıb Qanunsuz Miqrantların Saxlanılması mərkəzinə yerləşdirilirlər. Yeməkləri, içməkləri, qalmağa otaqları var. Orda bir çoxları ailələri ilə qalırlar. Mərkəzdə konkret saxlanma vaxtı yoxdur. İmkanı olmayanları biz özümüz yola salırıq. Konkret adı çəkilən şəxslərlə bağlı araşdırma aparıb rəsmi məlumat verəcəyik”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər