mumtv.az
mumtv.az

"Maddi cəhətdən əziyyət çəkmədim, elə bir çətinliyim olmadı"

7-04-2021, 10:16 50 dəfə baxılıb


"Pandemiyada evdə daha çox vaxt keçirdim, həyata baxış bucağım dəyişdi. Çox tez öyrəşdim bu həyata, sanki biz hər zaman pandemiyada yaşamışıq. Artıq hər şeyə alışmışıq, sözsüz ki, insan daha azad yaşamaq istəyir. Əvvəlki kimi xarici ölkələrə çox gedib-gəlmək alınmır, istirahət edə bilmirəm. Amma hər şey necə var idisə elə də qalıb. İnşallah ki, normal yaşayışımıza qayıtmağı hamı kimi mən də arzu edirəm”

Bunu Moderator.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi daha sonra əlavə edib.

"Toy olan vaxtı da, olmayanda da başqa işlərim də olduğu üçün maddi cəhətdən əziyyət çəkmədim, elə bir çətinliyim olmadı. Dövlət işində çalışıram, oradan maaş alıram, bundan başqa reklam sahəsindən də qazanıram. Düzdür, əvvəlki kimi deyil, amma buna da şükürlər olsun. Əsas odur ki, özümü də, ailəmi də dolandırıram, xeyriyyəçilik işi ilə də məşğul oluram. Ən önəmlisi də budur ki, həm özünü saxla, həm də yaxınlarına əl tut. Amma musiqiçilərdə, digər sənətçilərdə vəziyyət heç də ürəkaçan deyil. Bir insan qazandığını 5-6 ay xərcləyə bilər, artıq 2-ci ildir ki, pandemiyadır və onlarda pul tükənib. O ki, qaldı şou biznesə. Hələ ki, pul yoxdur deyə sakitçilikdir, pul olanda hamı bir-birinin bəhsinə işlər görəcək. Əslində şou-biznesdə hər zaman mehribançılıq olub, sadəcə olaraq bizə lazım olanda başqa tərəflərini də göstərə bilirik. Ağzınızda "Şou-biznes” deyirsiz. Şou-biznes sakinləri jurnalistlər üçün şouları yaradır. Zatən hamımız mehribanıq, bir düşmənimiz var idi, o da məğlub oldu” deyə müğənni bildirib.

Müğənni müəllif və aparıcısı olduğu "Bakı vaxtı ilə” verilişindən də danışıb.

"Artıq 6 ildir ki, mən bu layihənin həm aparıcısı, həm də müəllifiyəm. Verilişin özünəməxsus tamaşaçı kütləsi, seyirciləri var. Bu məni qane edir. Bu kütlənin içərisində həm elm adamları, həm sənətkarlar, həm də ziyalı insanlar var. Verilişimdə ömrünü incəsənətə həsr edən sənətkarlar qonaq olur. Bu sənətkar həm rejissor, həm aktyor, həm müğənni ola bilər. Bir çox sənətçilər efirə məhz mənim təqimatımda illər sonra qayıdıb, verilişimdə etiraflar ediblər. Çox istərdim ki, efirlərimizdə bu tip verilişlər çox olsun” deyə müğənni bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA