mumtv.az
mumtv.az

Generalların “qapısı döyülür”: “Çox gecdir, amma…” - Silsilə həbslər

Generalların “qapısı döyülür”: “Çox gecdir, amma…” - Silsilə həbslər
7-04-2021, 09:49 63 dəfə baxılıb

Generalların
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb. Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Sonra Nəsimi Rayon Məhkəməsi hər iki general barəsində həbs qətimkan tədbiri seçib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu, ilk belə hal deyil. Yaxın keçmişdə də bir neçə generalın həbsi onu deməyə əsas verir ki, sözügedən qurumda ciddi islahatlar gedir. Prosesin hələ nə vaxtadək davam etməsi çoxları üçün maraqlıdır.

Keçmiş Milli Təhlüksəsizlik nazirinin müavini, AzDP-nin sədri Sülhəddin Əkbər silsilə həbslər barədə "Sherg.az”a danışdı:

"Ləğv olunmuş MTN-lə bağlı cəmiyyətdə ciddi şübhələr yaranmışdı, çoxsaylı versiyalar var idi. Odur ki, məsələlərə yenidən baxılması müəyyən gözləntilər formalaşdırır. Düzdür, çox gecdir. Amma obyektiv araşdırmanın aparılacağına və suallara cavab tapılacağına inam var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA