Gündəm

Paşinyan Rusiyanı yenə biabır etdi:
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün "İnterfax” agentliyinə verdiyi müsahibəsində bir sıra məsələlərə toxunub. Həmin məsələlər sırasında bu dəfə də Rusiya ilə əlaqələrdən danışmaqla yanaşı, silah məsələsinə də aydınlıq gətirib. Daha doğrusu, Paşinyan Rusiyadan silah almağa hazır olduqlarını dilə gətirib. Lakin bu dəfə əvvəlki kimi aldadılmaq fikirində olmadıqlarını da dolayısı ilə ifadə edib.

O "İnterfax”a müsahibəsində deyib ki, Ermənistan Rusiya ilə uzunmüddətli və genişmiqyaslı hərbi-texniki sahədə əməkdaşlıq etməkdə maraqlıdır. O hesab edir ki, belə bir əməkdaşlıq iki ölkənin maraqlarını ehtiva edir. "Diqqətinizə çatdırıram ki, Ermənistanda hazırda Rusiyanın iki qoşunu var. Onlardan biri Birləşmiş Hərbi Qruplaşma, digəri isə Birləşmiş Regional Havadan Müdafiə Sistemləridir. Ki, bu da Kollektiv Təhlükəsizlik Məsələləri Təşkilatı çərçivəsində Qafqazda yerləşdirilmiş əsas qüvvələrdən biri hesab olunur. Təbii ki, biz KTMT üzvü olaraq Rusiyadan silah-sursat almaqda maraqlıyıq. Ancaq bir vacib məqamı da nəzərədən qaçırmayaq. Ermənistan Rusiyadan o silahları istəyir ki, onların özlərindən Rusiya ordusunda geniş istifadə olunur və etibarlıdırlar”.

Qeyd edək ki, Paşinyanın bu açıqlaması Rusiya silahlarını gözdən salmaqla yanaşı, həm də silah ticarətində Kremlin fırıldaq işlətməsinə işarə vurmaqdır. Belə ki, Paşinyan bir müddət əvvəl Rusiyadan aldıqları "İsgəndər” raketlərinin partlamadığını bildirmişdi. Aardından isə bəyan etmişdi ki, "Su-30 M” markalı təyyarəni alsalar da, ruslar onun üzərinə quraşdırılan raket və bombaları verməyib. Hər iki açıqlama Kremlin silah bazarında etibarının aşağı düşməsinə gətirib çıxarıb ki, "İsgəndər” məsələsi bunun ən ciddilərindən hesab olunur.

Paşinyan bu açıqlaması ilə Rusiyaya o mesajı verir ki, Ermənistanda Moskvanın iki hərbi bazasının olmasına baxmayaraq, bundan sonra keçmişdə baha qiymətə satdığı və heç bir işə yaramayan silahlarını almaq fikrində deyil. Əksinə, Rusiya bundan sonra Ermənistana öz ordusunda geniş tətbiq etdiyi, habelə həddindən artıq silahları sata bilər. Əks təqdirdə, İrəvan silah almaq üçün başqa ölkələrə üz tutmalı olacaq.

Bir sözlə, Ermənistanın baş naziri Nikol Paşinyan öz açıqlamaları ilə Rusiyanın silah sənayesinə, habelə Kremlin "etibarlı müttəfiq olması” imicinə zərbə vurmaqda davam edir.

Son xəbərlər

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Bütün xəbərlər