mumtv.az
mumtv.az

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
6-04-2021, 13:32 20 dəfə baxılıb

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
 Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qabil Cəlilovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, həmin şəxs kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Q.Cəlilov barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA