mumtv.az
mumtv.az

Ermənistan Qarabağda nə qədər əsgər itirib? – İki nazirliyin açıqlaması qalmaqala səbəb olub

Ermənistan Qarabağda nə qədər əsgər itirib? – İki nazirliyin açıqlaması qalmaqala səbəb olub
6-04-2021, 11:16 55 dəfə baxılıb

Ermənistan Qarabağda nə qədər əsgər itirib?
Ermənistanda 44 günlük Qarabağ müharibəsi zamanı itkilərlə bağlı qalmaqal yaranıb. JAMAZ.İNFO xəbər verir ki, buna Ermənistan Müdafiə Nazirliyi ilə Səhiyyə Nazirliklərinin verdikləri açıqlamalarında səsələndirdikləri rəqəmlərdəki ziddiyyət səbəb olub.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət açıqlamasında bəyan etmişdi ki, onlar Qarabağ müharibəsində 4 minə yaxın əsgər itiriblər. Hətta cəmiyyəti əmin etmişdi ki, itkilərin sayı 4 mini keçməyəcək. Lakin bu gün Ermənistan Müdafiə Nazirliyi göndərilən sorğuya cavab olaraq bildirib ki, hazırda ordunun itkilərinin sayı 3049 nəfər təşkil edir.

Eyni sorğu ilə Ermənistan Səhiyyə Nazirliyinə edilən müraciətə cavabda isə bildirilir ki, martın 31-nə kimi nazirlik öldürülmüş 3723 əsgərin şəxsiyyətini müəyyən edərək, ailələrinə təhvil verib. Hazırda isə morqlarda 238 əsgərin meyidi var ki, onların da kimliyini müəyyən etmək üçün DNK analizləri aparılır.

Elə qalmaqal da buradan baş qaldırıb. JAMAZ.İNFO xəbər verir ki, erməni mətbuatı itkilərin sayının çox olacağını bildirirlər. Onlar Səhiyyə Nazirliyi ilə Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərin ziddiyyət təşkil etdiyini, rəsmi qurumların itkilərin sayını gizlətdiyini tirajlayırlar. Üstəlik, hazırda Qarabağda erməni tərəfinin əsgərlərin meyidlərini tapmaq üçün axtarışlar apardıqlarını da vurğulayırlar. Bundan əlavə isə Ermənistan tərəfi itkinlərin sayı barədə də dəqiq məlumat verməkdən çəkinir.

Qeyd edək ki, Ermənistan mətbuatı əsgər itkiləri ilə bağlı gəzən söz-söhbətlərin həqiqət ola biləcəyindən əndişələndiklərini vurğulayırlar. Həmin məlumatlara görə, Ermənistan ordusu Qarabağda 7-8 min əsgər itirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA