mumtv.az
mumtv.az

Səudiyyə Ərəbistanı nefti Asiya bazarında bahalaşır

Səudiyyə Ərəbistanı nefti Asiya bazarında bahalaşır
5-04-2021, 17:12 23 dəfə baxılıb

Səudiyyə Ərəbistanı nefti Asiya bazarında bahalaşır

Səudiyyə Ərəbistanı hökuməti əsas satış bazarı olan Asiya ölkələri üçün neftin qiymətini artırıb, Avropa müştəriləri üçün əvvəlki səviyyədə saxlayıb, ABŞ üçün isə qiyməti aşağı salıb.

"Report” "Worldoil”ə istinadən xəbər verir ki, bununla da Asiya regionunda iqtisadi dirçəliş ehtimalının yüksək olduğuna inam ifadə olunub.

Belə ki, "Saudi Aramco” dövlət nerft şirkəti may ayında Asiya bazarı üçün qiymətləri orta hesabla 0,2-0,5 ABŞ dollarına qaldırır. Bununla da "Arab light” neft markası cari aydan 0,40 dollar bahalaşacaq. Şimal-Qərbi Avropa regionu üçün də sözügedən neft markası 0,20 dollar, ABŞ-dakı əksər müştərilər üçün isə 0,10 dollar azalacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı nefti son bir neçə ay ərzində Asiya bazarında Avropa və ABŞ-a nisbətən yüksək olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA