mumtv.az
mumtv.az

Hansı ölkədə nə qədər uşaqpulu verilir? - SİYAHI

Hansı ölkədə nə qədər uşaqpulu verilir? - SİYAHI
5-04-2021, 16:10 31 dəfə baxılıb

Hansı ölkədə nə qədər uşaqpulu verilir?
Son günlər Azərbaycanda uşaqpulu mövzusu ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə aparılan müzakirələrdə uşaqlara verilən müavinətlərin artırılması məsələsi müzakirə edilir.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat (117 dollar) məbləğində müəyyənləşdirilib.
Bundan başqa uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət alırsa, o zaman bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat (26 dollar), uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat (16,5 dollar) məbləğində aylıq müavinət müəyyən olunub.
Yeniavaz.com-un açıq internet resurslara istinadən apardığı hesablama göstərir ki, hazırda Azərbaycanla eyni regionda yerləşən ölkələrdə uşaqlar üçün nəzərdə tutulan müavinətlərin məbləği daha yüksəkdir.

Aşağıdakı cədvəldə bəzi region ölkələrində uşaqlara verilən müavinətin məbləğini təqdim edirir:

Hansı ölkədə nə qədər uşaqpulu verilir?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA