mumtv.az
mumtv.az

Bayramlarla əlaqədar may ayında 4 gün iş olmayacaq - Diqqət!

Bayramlarla əlaqədar may ayında 4 gün iş olmayacaq - Diqqət!
5-04-2021, 15:22 43 dəfə baxılıb

Bayramlarla əlaqədar may ayında 4 gün iş olmayacaq\
May ayında qeyri-iş günlərinin sayı məlum olub.

APA-nın məlumatına görə, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA