Gündəm

Həmin ərazilər kəndbəkənd Azərbaycana qaytarılmalıdır
Azərbaycan, Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında bu həftə ərzində Moskvada növbəti görüş baş tutacaq. Görüşdə üçtərəfli sazişin şərtləri yenidən müzakirə ediləcək. Çünki bəyanatda əks olunsa da, hələ də Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilməyən məsələlər var. Belə ki, müharibənin üzərindən 4 aydan çox vaxt keçməsinə baxmayaraq, erməni birləşmələri Qarabağdan çıxarılmayıb. Həmçinin kommunikasiya xətlərinin açılması ilə əlaqədar da heç bir irəliləyiş qeydə alınmayıb.

Məsələni Yenisabah.az-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, üçtərəfli görüşdə dövlət başçısı hazırda aktual olan məsələlərin hər birinə toxunacaq:

"Biz indi qələbədən sonrakı diplomatik addımlarımızı atırıq. Bu gün gündəmdə bir sıra həlli vacib olan məsələlər dayanır. Buraya kommunikasiya xətləri, ermənilərin Qarabağda qalması və Ermənistandan oraya gətirilməsi, həmçinin azərbaycanlıların Qarabağa qaytarılması, minalanmış ərazilərin xəritəsinin əldə olunması və sair daxildir. Bildirim ki, minalanmış ərazilər Azərbaycan vətəndaşları üçün böyük bir təhlükədir. Lakin ermənilər hələ də minalanmış ərazilərin xəritələrini vermirlər. Dövlət başçımızın bu məsələyə xüsusi diqqət yönəldəcəyinə şübhə etmirəm. Çünki birmənalı şəkildə biz xəritəni əldə etməliyik”.

Siyasi şərhçi hesab edir ki, yaxın günlərdə baş tutacaq görüşdə bəzi problemlər artıq öz həllini tapacaq:

"Çünki bizim gördüyümüz bütün işlər o həllə nail olmağa yönəldilib. Bu yoldan heç vaxt çəkilməyəcəyik. Müzakirə olunacaq mövzularda Rusiya da maraqlıdır. Onlar başa düşür ki, kommunikasiya xətlərinin açılması onların da dövlət maraqlarına cavab verir. Hazırda tək Ermənistan yox, bir sıra regional dövlətlər məsələyə cəlb olunub. Çünki kommunikasiyaların açılması Rusiya ilə yanaşı Türkiyə və İranın da marağındadır”.

Həmsöhbətimizin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi və Qazaxın 7 kəndinin qaytarılması məsələsi də müzakirə olunan məsələlər sırasında yer alacaq:

"Amma həmin ərazilərin dərhal qaytarılcağını əminliklə demək bir qədər çətindir. Hər halda biz buna çalışmalıyıq. Prosesi mərhələli şəkildə də həyata keçirmək olar, həmin ərazilər kəndbəkənd Azərbaycana qaytarılmalıdır. Bunu biz dəfələrlə həm Rusiya rəhbərliyinə, həm də Ermənistana demişik. Onlar əgər bu torpaqların bizə məxsus olduğunu etiraf edirlərsə, torpaqlarımızı geri qaytarmalıdırlar”.

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər