Gündəm


"Caliber”in süjetində yer alan kadrlar Azərbaycan gündəmini zəbt edib. Həmin kadrlarda bu fikirlər səslənib: "2-ci Qarabağ müharibəsində operativ-taktiki raketlərdən istifadə məsələsində yeni detallar üzə çıxıb. Məlum olub ki, ANAMA Şuşa ətrafında iki ədəd ”İsgəndər" raketinin qalıqlarını aşkar edib. Raketin Ermənistan ordusunun ixtiyarında olan "İsgəndər E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi "İsgəndər M” modifikasiyasına aid olması ciddi suallar doğurur".

Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur. Belə ki, "E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan "İsgəndər”lərin üzərindəki "M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Yəni sırf Rusiyanın nəzarətində olan komplekslərdən söhbət gedir. Süjetdə həmçinin Şuşaya atılan "İsgəndər”lərin partlamadığı da qeyd olunur.

Rusiya bu qalmaqallı olaya reaksiya verəcəkmi? Şuşaya raketlər Rusiyanın Gümrüdəki bazasındakı "İsgəndər”dənmi atılıb? Hazırda səslənən əsas suallar bunlardır.

Siyasi şərhçi Əhəd Məmmədli məsələyə bu cür şərh verdi: "Əslində bu çox ciddi hadisədir. Bu açıqlama və onun haqda olan süjeti Azərbaycanın Rusiyaya qarşı demarşı kimi də saya bilərik. Keçmiş Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatı qoxusu gəlir. Fikir verin ”İsgəndər"lərlə bağlı süjet nə vaxt ortaya çıxdı? Rusiyanın müdafiə naziri müavininin Qarabağa müəmmalı səfəri, orada yeni yaşayış kompleksinin açılışında iştirakı, ardınca Əliyev-Putin arasında telefon danışığı və bütün bunlardan sonra "İsgəndər”lərlə bağlı süjet. Görünür, Əliyevlə Putinin telefon danışığında bu məsələdən də söz açılıb. Əslində "İsgəndər”lərlə bağlı süjet Rusiyanın üzünə çırpılan növbəti şillədir.

Eyni zamanda, Paşinyanın "İsgəndər”lərlə bağlı açıqlamasının doğru, Moskvanın təkzibinin isə yalan olduğunun, müasir rus silahının deyilən və göstərilən qədər elə də effektiv olmadığının göstəricisidir. Bu isə Rusiyanın hərbi imicinə ciddi ziyandır. Əslində Rusiya açıqlama verməlidir. Heç bir açıqlama olmasa, bu Moskvanın fakt qarşısında acizliyinin göstəricisi olacaq".

Politoloq Məhəmməd Əsədullazadə: "İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlu hərbi əməliyyatlar aparması, Şuşa kimi strateji bir şəhəri işğaldan azad edib, Qarabağda tam qələbəsini əldə etməsi strateji plan idi. Şuşa uğrunda ciddi döyüşlər getdi və bu siyasi müstəvidə də aparılırdı. Azərbaycanı hər vəchlə Şuşadan çıxartmaq istəyirdilər. Rusiya da bu prosesdə maraqlı tərəf idi. Çünki Şuşaya hakim olmaq Qarabağa tam hakim olmaqdı və bununla da Laçın dəhlizi və Xankəndi Azərbaycanın vizual nəzarətində olur. Məhz müharibənin gedişində Şuşaya atılan ”İsgəndər" birbaşa Rusiya və Ermənistan arasında koordinasiyalı olub. Çünki atılan bu raketin seriya nömrəsi Ermənistanın sərəncamında olmadığını göstərir. Hesab edirəm ki, bu raket Gümrüdəki 102-ci bazanın ixtiyarında olub və oradan idarə edilib. Məhz Paşinyan da açıq şəkildə bunu deyirsə, Rusiyanın müharibənin gedişində tərəf olduğunu qabardır.

Bu, çox ağır bir hərbi cinayətdir. Azərbaycan bu məsələ ilə bağlı Rusiyadan izahat tələb etməlidir. Belə bir silahların işlədilməsi çox ciddi hərbi hadisədir. Hətta Ermənistan tərəfindən deyilirdi ki, "İsgəndər” raketini biz Şuşaya atmaq istəyəndə Paşinyan icazə vermədi. Demək, Pasinyan öz sərəncamlarında olan "İsgəndər”in atılmasına icazə verməyib, bu raketi Gümrüdəki Rusiya bazası atdığı ehtimalını ortaya atmış olur".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda "İsgəndər” raketlərinin qalıqlarının tapılmasına münasibət bildirib. Sitat: "Bu, yeni informasiyadır. Bu barədə məlumatım yoxdur. ”İsgəndər"lər konflikt zamanı tətbiq olunmayıb və bu, təsdiqlənib".
"Yeni Müsavat” 

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər