Gündəm

Ermənistanda olmayan raket Şuşaya necə atılıb?
İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycana qarşı "İsgəndər” operativ-tatktiki raketlərindən istifadə etməsi barədə təzadlı fikirlər səsləndirilirdi. Ermənistan rəsmiləri Qarabağda "İsgəndər”in tətbiq olunduğunu təsdiqləsələr də, Rusiya istehsalı olan təhlükəli raketin hansı istiqamətdə atıldığı gizli saxlanılırdı.
Bir müddət əvvəl Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general Movses Akopyan KİV nümayəndələri üçün keçirdiyi brifinqdə ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası dövründə "İsgəndər" raketlərindən istifadə etdiyini demişdi.

"İsgəndər" tətbiq olunub. Amma hansı istiqamətdə atıldığını deyə bilmərəm", - deyə erməni general etiraf edib.

"İsgəndər” müzakirələrinin pik nöqtəsi raketdən istifadəyə dair Ermənistan baş naziri səviyyəsində etirafın ortaya atılması oldu. Xatırladaq ki, sabiq prezident Serj Sarkisyan Paşinyan iqtidarının əleyhinə danışaraq İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə edilməməsi barədə ittihamlar irəli sürmüşdü. Nikol Paşinyan isə bu ittihamlara cavab verərəkən demişdi ki, ordusu döyüşlər zamanı "İsgəndər"dən istifadə edib. Paşinyan hətta sensasiyalı şəkildə raketlərin partlamadığını, yaxud da qismən partladığını açıqlamaqla özünü gülünc vəziyyətə salmışdı.

"İsgəndər” raketlərini Ermənistana verən Rusiya Müdafiə Nazirliyi səviyyəsində Paşinyanın çıxışına dərhal reaksiya verdi. Rusiya MN Qarabağda sözügedən raket kompleksinin tətbiq olunmadığını elan edərək, Paşaniyanı yalan danışmaqda günahlandırdı: "Bütün raket ehtiyatları hərbi anbarlarda saxlanılır”.

Ermənistanın raket mövzusu müharibədən sonra Rusiyada da ciddi müzakirələrə səbəb oldu. Maraqlıdır ki, "İzvestiya” qəzetinin İdarə Heyətinin sədri erməni əsilli jurnalist Aram Qabrielyanov müharibənin ilk günündən "İsgəndər”dən istifadə ehtimalının yüksək olduğunu söyləmişdi. O, Baş qərargah rəisi vəzifəsində çalışmış Onik Qasparyanla "İsgəndər”in istifadəsinə dair müsahibəsindən müəyyən fikirləri təqdim edərək demişdi ki, Qasparyan ona müharibənin üçüncü günü "İsgəndər” raketini iki strateji obyektə qarşı çevirdiyini bildirib. Sən demə, ilk gündən Bakı-Ceyhan neft kəməri və digər mühüm strateji obyektin məhvində istifadə edilməsinə qərar verilib, amma Paşinyan bunu qəti şəkildə qadağan edib. Təbii ki, bütün bunlar Qabrielyanovun iddialarıdır.

Raket Gümrüdən atıla bilərdimi?

Bu günlərdə "İsgəndər” olayı ilə bağlı müəmmalı məqamlar ortaya çıxıb. Araşdırmalar zamanı məlum olub ki, Ermənistan tərəfi həqiqətən də Qarabağ müharibəsində "İsgəndər” raketlərindən istifadə edib. Belə ki, ANAMA Şuşa ətrafında iki ədəd "İskəndər” raketinin qalıqlarını aşkarlayıb. Raket parçalarının coğrafi koordinatları belə olub: 39 ° 45'38.10 "N 46 ° 44'33.90” E və 39 ° 45'27.80 "N 46 ° 45'25.80”E.

Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırarkən onun qalıqlarının "İskəndər” raket sisteminə aid olduğu üzə çıxıb. Hətta açıq internet mənbələrində axtarış apararkən 9M723 eyniləşdirmə nömrəsinin "İskəndər” raketinə aid olduğunu müəyyənləşdirmək mümkündür. Məsələnin diqqətçəkən və müəmmalı tərəfi isə odur ki, istifadə edilmiş raketlər Ermənistan ordusunun ixtiyarında olan "E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadəsində olan "M” modifikasiyasına aiddir. Bu isə ciddi suallar doğurur.

Əvvəla müharibə dövründə Şuşaya atılmış təhlükəli raketin modifikasiyasının Rusiyanın Ermənistana göndərdiyi modifikasiya ilə üst-üstə düşməməsi İrəvana əlavə olaraq gizli şəkildə yeni raketlərin verilməsi iddialarını möhkəmləndirir. Rusiya əvvəldən də Ermənistana "İskəndər E” modifikasiyası verdiyini bildirmişdi. Lakin ANAMA-nın Şuşa ətrafında tapdığı raket qalıqları daha güclü "İsgəndər M” kompleksinə məxsusdur. Haqlı olarq sual yaranır: Rusiyanın erməni ordusunun arsenalına verdiyini açıqladığı raket növü ilə qalıqları aşkaralanan raketin modifikasiyası niyə fərqlidir? Bu necə olur ki, tamamilə fərqli və satışı qadağan edilən "İsgəndər M” raketləri Şuşa istiqamətində atılıb?

Raketlərin hər iki növü arasında kifayət qədər fərq mövcuddur, Yəni "İsgəndər”in "E” versiyası məhz ixrac üçün nəzərdə tutulub ki, Ermənistan da illər əvvəl bu versiyanı əldə etmişdi. Şuşada qalıqları tapılan "İskəndər”lərin üzərindəki "M” nişanları isə onların tamam başqa bir növə aid olduğunu göstərir. Maraqlıdır, Ermənistanda olmayan raketlər Şuşaya necə və kim tərəfindən atıla bilər? Müəmmalı deyilmi?

İddialara görə, sözügedən raketlər Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında gizli saxlanılıb. Əlbəttə, bu iddialar öz tapmasa da, ağılabatandır. Bu səbəbdən İrəvanın əldə edə bilmədiyi "M” versiyanın Gümrüdən buraxılması ehtimalı ortaya çıxır. Əks təqdirdə İrəvanın "M” versiyanı müəmmalı şəkildə haradan və necə əldə etməsi, yaxud həmin raketlərin Şuşada peyda olmasının səbəbləri izah olunmalı, Rusiya tərəfi bununla bağlı açıqlama yaymalıdır.

Hazırda "İsgəndər” mövzusunda cavabını gözləyən xeyli suallar var. Ümid edək ki, Dağlıq Qarabağda sülhün təmin olunması öhdəliyini üzərinə götürən qonşu Rusiya bu məsələ ilə bağlı müəmmalara son qoymaq üçün ən qısa zamanda rəsmi izahat verəcək.

Azvision.az

Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər