Gündəm

Rusiyanın Qarabağdakı ÖZFƏALİYYƏT tədbiri:
Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağa səfər edib. Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. Rusiya mediasının yaydığı məlumat və görüntülərdən görünür ki, Qarabağdakı açılışda Azərbaycan tərəfindən heç bir rəsmi şəxs iştirak etməyib.

Siyasi şərhçilər hesab edir ki, belə bir vəziyyətdə, Xankəndidə rusiyalı generalın yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi.

Bəs nəyə görə Rusiya bunu təktərəfli həyata keçirdi?

Bu barədə Bakupost.az -a danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov qeyd edib ki, sülhməramlılar bəzən Azərbaycan torpağında olduqlarını yaddan çıxarır:

"Rəsmi şəxslər Azərbaycan torpağında olarkən azərbaycanlı həmkarları ilə mütləq görüşməlidirlər, müxtəlif tədbirlərdə onların iştirakı olmalıdır. Şəhərciyin açılışı baş tutursa, bu tədbirə Rusiya Müdafiə nazirinin müavini gəlirsə, mütləq azərbaycanlı həmkarı da orada olmalı idi. Bu, artıq etika, protokol və reallığı nəzərə almaq naminə həyata keçirilməliydi. Azərbaycan torpağına gəlib, orada tez-tələsik hansısa bir obyekti açmaq, hərbi rəsmilərimizi inkar etmək düzgün deyil. Bu, müəyyən dərəcədə öz fəaliyyət tədbirinə oxşayır”.

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, belə bir vəziyyət heç bir azərbaycanlını qane etməz:

"Rusiya Qarabağ ərazisində 1960 nəfərlik sülhməramlı heyət yerləşdirsə də, artıq 12 ədəd 250 nəfərdən ibarət, yəni 3000 nəfərlik modul tipli şəhərciklər alıb. Rusiya rəsmiləri gələcək günlərdə şəhərciklərin sayını 25-ə qədər artacağını bəyan ediblər. Yaxın günlərdə onların inşası tamamlanmalıdır. 1960 nəfər üçün 25 ədəd şəhərciyin inşasına nə ehtiyac var? Təbii ki, hər bir ölkə, xüsusən Rusiya özünü qlobal güc olaraq göstərmək üçün Qarabağda yerləşdirdiyi sülhməramlılarını çadırda və ya digər uyğun olmayan şəraitdə saxlamaq istəməzdi. Buna görə də onlar üçün hansısa şəraitin yaradılması gözlənilirdi. Lakin bu dəfə Şuşa və Laçın ərazisindən çıxmalı olduqları halda orada moldul tipli şəhərciklər salmağa başlayıblar. Təbii ki, bu Azərbaycan tərəfini narahat etməyə bilməz. Bununla bağlı aidiyyəti qurumlar öz münasibətini bildirməli, hadisələrin gedişatına müdaxilə etməlidir. Belə bir vəziyyət heç bir azərbaycanlını qane etməz. Nəinki azərbaycanlını, ürəyi Qarabağda döyünən heç bir türkü qane etməz. Odur ki, bu hadisələrin qarşısını almaq üçün hər birimiz əlimizdən gələni ortaya qoymalıyıq. Lazım olarsa, tərəfdaş ölkələrin imkanlarından istifadə etməliyik”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər