Gündəm


Ermənistan iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşündə erkən parlament seçkiləri üçün aprel ayında rəsmi olaraq istefa verəcəyini söyləyib. Paşinyan görüşdə belə deyib: "Bəli, yaxın gələcəkdə, aprel ayında, erkən seçkilərin baş tutması üçün istefa verəcəm, amma bu mənim getməyim demək deyil. Bu müddət ərzində baş nazir vəzifəsini icra edəcəyəm”.

Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçkilər təyin ediləcək. Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini söyləmişdi.

Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a bildirdi ki, artıq Ermənistanda vəziyyətin hansı istiqamətə doğru inkişaf edəcəyinin cizgiləri görünməkdədir. Nikol Paşinyan və onun partiyası kifayət qədər özünə güvənir. Paşinyan tərəddüd etmədən baş nazir vəzifəsindən istefaya gedir və artıq seçkiqabağı təbliğata da başlayıb: "Düzdür, indidən başlaması qanunsuz olsa da o, bunu faktiki olaraq edir. Yerlərdə sakinlərlə görüşlərdə Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasının lazım olduğundan da danışması və bunu təbliğ etməsi maraqlıdır. Belə görünür ki, Paşinyanın bu hərəkəti əhalinin böyük hissəsinin ürəyincədir. Çünki Ermənistanda insanlar artıq qarşıdurmalardan, müharibədən, blokadadan cana yığılıb. Mən son bir ayda Paşinyanın reytinqinin sürətlə artmağa başladığını söyləyə bilərəm. Keçirilən rəy sorğularından da görünür ki, Paşinyanın ”Mənim addımım" Partiyasına səs verəcək insanların sayı getdikcə artır. İkinci rəy sorğusunda 37 faiz seçicinin məhz Paşinyanın partiyasını müdafiə etdiyi ortaya çıxmışdı. Bütün bunlar onu göstərir ki, Paşinyan hələ təbliğat kampaniyası başlamamış əhalinin ciddi bir hissəsini inandırmağı bacarıb. Üstəlik, son zamanlar baş nazirin Rusiya ilə əlaqələri də yüksəlib, Putinlə telefon danışıqları və Moskvaya gözlənilən səfərləri, zənnimcə, Ermənistan əhalisi arasında ona olan inamı artıracaq".

Q.Hüseynli qeyd etdi ki, Paşinyan Qarabağla da işləyir, orada yaşayan ermənilərə 200 milyon dollardan artıq vəsait ayırıb. Separatçıların lideri Araik Arutyunyan da Paşinyanın adamıdır və bu amil də Qarabağ klanının mövqelərinə Paşinyanın xeyirinə olaraq zərbə vurur. Qarabağ klanı çox zəifləyib: "Ermənistan əhalisi Qarabağ ermənilərini sevmir. Hətta son dövrlərdə Robert Köçəryanla Serj Sərkisyan arasında ziddiyyətin meydana gəlməsinin də şahidi olduq. Serj Sərkisyan bəyan etdi ki, seçkilərə getmək niyyətində deyil. Amma Köçəryan seçkiyə getməkdə israr edir. Beləliklə, Qarabağ klanının liderlərinin öz aralarında fikir ayrılığı, ziddiyyət müşahidə olunur. Serj Sərkisyan siyasi konyukturu başa düşür və anlayır ki, burada Qarabağ klanı üçün hər hansı perspektiv yoxdur”.

Həmsöhbətimiz hesab edir ki, keçmiş prezident Levon Ter-Petrosyanın son vaxtlar atdığı addımların da ciddi nəticə verəcəyi gözlənilmir: "Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yeni bir həmlə etdi. O, keçmiş Ermənistan prezidentlərini və Qarabağ separatçılarının keçmiş liderləri Arkadi Qukasyanla Bako Saakyanı bir araya gətirdi, onlarla müzakirə apardı. Məqsəd həm Robert Köçəryanla Serj Sərkisyanı barışdırmaq, həm də Paşinyana qarşı blok formalaşdırmaq idi. Amma belə bir blokun real təsirinin olacağını demək çətindir. Məncə, bu cür görüşlərin və bu cür blokların seçkilərə müsbət təsiri olmayacaq, Paşinyanın ”Mənim addımım" bloku üstünlüyü əldə saxlayacaq. Seçkinin favoritinin məhz bu blok olacağını bu gün söyləmək mümkündür. Paşinyanın Ermənistanda mövqeləri getdikcə güclənir. Şübhəsiz ki, seçkilər yaxınlaşanda, seçkilər günü və sonrakı bir müddət Ermənistanda siyasi vəziyyət gərgin olacaq. Robert Köçəryan və Sej Sərkisyan, onların əlaltıları təxribatlara meyllidirlər. Onlar çalışacaqlar ki, ara qarışsın. Amma mən güman edirəm ki, seçkiləri tamamilə Rusiyanın nəzarəti altında keçəcək. Gərginliklər olsa da hər hansı ciddi qarşıdurmanın baş verməsinə imkan yaradılmayacaq. Seçkidə Paşinyan qalib gəlməsi birinci növbədə ermənilər, həmçinin region üçün əhəmiyyətlidir. Rəqiblərindən fərqli olaraq Paşinyan 10 noyabr bəyanatının tələblərinin həyata keçirilməsinin, Azərbaycanla və Türkiyə ilə kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edir".

Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verməsinin seçkiqabağı onun mövqelərinə necə təsir edəcəyinə gəlincə, politoloq hesab edir ki, mənfi təsirdən çox müsbət təsirinin olacağı daha gözləniləndir: "Paşinyan daha sərbəst imkanlara malik olacaq, təbliğat kampaniyasına daha çox vaxtı olacaq. Bu baxımdan onun seçkiqabağı baş nazir vəzifəsindən istefa verməsi ola bilsin ona ziyandan çox xeyir gətirəcək”.
"Yeni Müsavat”

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər