Gündəm
Gündəm / Siyasət
Lavrov Koreya yarımadası ilə bağlı çağırış etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Koreya regionunda silahlanma yarışlarına son qoyulmasına çağırıb.
Azvision.az "RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Lavrov Cənubi Koreyadan olan həmkarı Çunq Euy-yonq ilə görüşdən sonra müvafiq açıqlama verib.
"Koreya yarımadası da daxil olmaqla, Şimal-Şərqi Asiyada dinc və sabit vəziyyətin saxlanılması üçün səylərin vacibliyini vurğuladıq", - Lavrov əlavə edib. O, həmçinin hər hansı bir şəkildə hərbi fəaliyyətdən imtina etməyin vacibliyini də qeyd edib.
Lavrovun sözlərinə görə, Moskva və Seul Koreya yarımadası problemi ilə bağlı danışıqlar prosesinin ən qısa müddətdə bərpa olunmasına sadiq qaldıqlarını ifadə ediblər.