Gündəm
Gündəm / Hadisə
Güclü dolu Qaxda bir sıra fəsadlar törədib
MUMtv.az: - Qax rayonunda hava şəraiti kəskin dəyişib.
"Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun İlisu kəndinə dolu yağıb.
Təxminən 5 dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.
Kənd sakinləri "Report"a bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşahidə olunan leysan yağışı yağıb.
Qaxın İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.