Gündəm


"Mənim yaradıcılıq fəaliyyətim, musiqidə ilk addımlarım çox gözəl şəraitdə keçib. 1956-cı ildə saksafon musiqi alətində ifa etməyə başladım. O vaxt Bakıda caz musiqisi dəbdə idi, bütün şəhər sakinləri bu musiqini sevirdilər. Biz də həmin o musiqi ilə formalaşırdıq. Artıq 1960-cı ildə bu alətdə professionallaşmışdım ona görə də məni Rauf Hacıyevin rəhbərliyi altında Dövlət Estrada Orkestrına dəvət etdilər. 1960-cı ildən fəaliyyətimi burada davam etdirdim və demək olar ki, bütün dünya ölkələrinə qastrol səfərlərinə gedirdik. Bu gün isə pandemiyada yalnız o xoş xatirələri yada salıram. Nə yaxşı ki, o günləri yaşamışam. Hamı kimi biz də bu xəstəliyə görə özümüzü qoruyuruq, dövlətin qoyduğu qayda-qanunlara əməl edirik. İndi hamının ən böyük arzusu bu xəstəlikdən birdəfəlik yaxa qurtarmaqdır”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış ifaçı Rafiq Seyidzadə deyib. Sənətkar ömür-gün yoldaşı, məşhur estrada müğənnisi, Xalq artisti Natəvan Şeyxova ilə tanışlığını da xatırlayıb.

"1965-ci il idi, Moskvadan Bakıya qayıtdıq, yeni proqram hazırlayırdıq. Filarmoniyanın 2-ci mərtəbəsində bizim bir zalımız var idi, orkestr da böyük idi. Həmin zalda biz məşq edirdik. Günlərin bir günü direktorumuz gəlib dedi ki, uşaqlar, özünüzü yığışdırın, bu gün yeni bir müğənni gələcək, onu işə götürəcəyik. Biz də cavan oğlanlar idik, deyirdik ki, kim gəlir gəlsin də (gülür). Qapı açıldı, Natəvan Şeyxova içəri daxil oldu. Baxdım gördüm ki, həqiqətən də gözəl xanımdır. Natəvan xanım o vaxt Tarqovuda gəzəndə yeniyetmə qızlar arxasınca qaçırdılar. Bizim Zaur Nurullayev adlı bir solistimiz var idi, Natəvan xanımla Konservatoriyada bir kursda oxuyurdu. Ona dedim ki, get Natəvana de ki, o mənim həyat yoldaşım olacaq. O illərdə də Natəvanla Baltikyanı ölkələrə qastrol səfərinə getdik, Riqa şəhərində razılığını aldım ki, Bakıya gələn kimi evlənəcəyik. Nə onun valideynləri, nə də mənimkilər bizim münasibətimizdən xəbərdar deyildilər. Mən çox müasir bir oğlan idim, fikirləşmirdim ki, ailəm razı olmasa evlənməyəcəm. Nigahı da danışmışdım, gedib orada kəbin kəsdirdik, kəbin kəsdirəndən sonra Natəvan xanım deyirdi ki, evə getməyə qorxuram (gülür). Natəvanın anası da evliliyimizə razı deyildi. Gəldik Natəvangilə, kəbin kağızını atasının qabağına qoyanda dedi ki, məni zaks-zad maraqlandırmır, sənin atan-anan varsa, get onlar gəlsinlər (gülür). Atam-anam da dedi ki, sən heç olmasa bizə deyərdin də, xonça-filan aparardıq, bizi biyabır etmisən (gülür). Dedim ki, daha olub da. Sabahı günü gəlib razılıq aldılar və hər şey yoluna düşdü. Biz hər zaman bir-birimizə sadiq olmuşuq, bir-birimizi qorumuşuq. Ona görə də 55 ildir ki, birlikdə həyat sürürük” deyə sənətkar bildirib.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər