mumtv.az
mumtv.az

Nəcməddin Sadıkov ölkədən necə çıxa bilib? - AÇIQLAMA

Nəcməddin Sadıkov ölkədən necə çıxa bilib? - AÇIQLAMA
23-03-2021, 16:12 93 dəfə baxılıb

Nəcməddin Sadıkov ölkədən necə çıxa bilib?
Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etdiyi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib.

"General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şəxsin hərbi sirləri özündə daşıdığını təsdiqləyən polkovnik bu statusda olan insanların ölkədən çıxışının nəzarətdən kənar olmadığını qeyd edib:

"Nəcməddin Sadıkov bu gün Dubaydadırsa, demək, ona ölkədən çıxmaq üçün icazə verilib. Buna görə də mən burada qeyri-adi nəsə bir şey görmürəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA