Gündəm

"Qorbaçov Azərbaycan xalqının maraqlarını alçaqcasına satdı" – Ramiz Mehdiyev
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"Mixail Qorbaçov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin əsas təşəbbüskarlarından biridir. Anlaşılmaz səbəblər üzündən, yaxud bilərəkdən tutduğu müşahidəçi rolu onu bu faciənin başlıca faktoruna çevirdi”.

 

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsi ilə bağlı yazdığı "Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan iri həcmli məqaləsində qeyd edib.

 

R. Mehdiyevin sözlərinə görə, məhz SSRİ-nin ilk və sonuncu prezidentinin münaqişə ilə bağlı tutduğu mövqe Sovet İttifaqının suqutunu müəyyən etdi: "Məhz Qorbaçov tərəfindən təkcə Azərbaycan xalqının deyil, sovet vətəndaşlarının idealları və maraqları alçaqcasına satıldı. Bunu necə izah etməli? Onun vəziyyəti anlaya bilməməsi ilə, yoxsa əksinə, kimlərsə tərfindən ölkənin dağıdılması üçün hazırlanmış planın ardıcıl və ciddi icraçısı olması ilə? Bu suala artıq tarix cavab verib. Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq qəbul etdiyi qərarları ilə Dağlıq Qarabağ münaqişəsini açıq şəkildə dərinləşdirirdi”.

 

Akademik yazır ki, bu, prezident boşboğazlığının yumşalada bilməyəcəyi  böyük miqyaslı faciə idi: "Hay-küyçü "yenidənqurma” şüarı altında bir respublikanın tarixi və siyasi sərhədlərinə digərinin maraqları naminə ağılsızcasına yenidən baxmaq  kultu, Ermənistan rəhbəri Dəmirçiyanın rəhbərliyi altında separatçıların azadlıq və müstəqillik haqqında yalançı və ikiüzlü bəyannamələri  siyasi süverenliyin və tarixi ədalətin əsas prinsiplərinin üstünə kölgə saldı”.

 

Ramiz Medhiyevin sözlərinə görə, baş verənlər şəraitlə üst-üstə düşərək Dağlıq Qarabağ adlı bir dalanı formalaşdırdı. Akademik yazır ki, o vaxtkı SSRİ rəhbərliyinin və şəxsən Mixail Qorbaçovun günahı üzündən münaqişənin başlanğıcında ədalətli həllə imkan verəcək  siyasi xətti seçmək imkanı əldən buraxıldı: "Problemin həllinin açarını tapmaq üçün ermənilərin Cənubi Qafqaza, xüsusi ilə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağa  köçürülməsinin tarixini bilmək lazım idi. Bunlarla yanaşı siysai və dövlətçi müdrilkiyi olmalı idi. Qorbaçovda bunların heç biri yox idi. Məhdud düşüncəyə, və erməni köməkçilərinin hipnozu altında olan Qorbaçov Azərbaycan xalqını öz şəxsi əlaqələrinin xeyrinə satdı”.

 

R.Mehdiyev vurğulayır ki, əgər həmin vaxt Heydər Əliyev ölkə rəhbərliyində olsa idi, Dağlıq Qarabağ müharibəsi də baş verməzdi: "Siyasi Büroda Heydər Əliyev olsaydı Qarabağ problemi də olmayacaqdı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri əvvələr də olmuşdu. Amma Heydər Əliyev erməni rəhbərliyinin bu cəhdlərinin qarşısını qətiyyətlə almışdı” –deyə R.Mehdiyev qeyd edib. (Azpost.info)


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər