Gündəm

Şəmkirin İcra  başçısı ilə bağlı ŞOK İDDİA - Sən demə...







Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla bağlı media üzərindən araşdırma aparanda maraqlı bir faktla rastlaşdıq.
Deməli, Alimpaşa müəllim keçmişdə toylarda tamadalıq edirmiş və təsadüfən toyda o zamankl Vergilər naziri Fazil Məmmədovla rastlaşır və birgə rəqs edirlər. O gündən Alimpaşa müəllimin "bəxti açılır".
Əslində bu təəccüblü də deyil.
Çünki, neçə-neçə toylarda qarmon çalan, kafedə afisant işləyən, mantyor icra başçıları tanıyırıq.
Alimpaşa müəllim da onlardan biri. Təəccüblü nə var ki?
Təəccüblü odur ki, bu adam barəsində icra hakimiyyətinin rəsmi saytında 2 cümlə var:
Alimpaşa Adil oğlu Məmmədov Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu adam, neçənci ildə anadan olub, ümumiyyətlə doğulubmu, harada oxuyub, hansı ali məktəbi bitirib, hərbidə olubmu, Bakı boyda şəhərin Vergilər Departamentinin rəisi olanadək harada olub?... və s.
Əlbəttə, biz demirik ki, İcra hakimiyyətinin rəsmi saytında İcra başçısının toylarda tamadalıq etməsi yazılsın.  Amma, heç olmasa ali məktəb, texnikum-zad bitirməsi ilə bağlı bircə cümlə olsun də.
Yazılanlardan bəlli olur ki, vergilər naziri Fazil Məmmədovun "vuran əli” olan A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi də olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir dostunu Şəmkirdə vergiyə müdir göndərib. Oradan isə Şəmkirin o vaxtkı İcra başçısı Aslan Aslanov onu rayondan qovub.
Nazir bu dəfə də dostunu xilas edib. Onu nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Səbail Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən "ilişib iri ranqlı məmurun buynuzuna" . Nazir də Alimpaşanı nazirlikdən qovmağa məcbur olub. Sonra yenidən bərpa edib və bu dəfə Sumqayıt vergisinə rəis göndərib. Sumqayıtda sahibkarlara 2divan tutmağ"ı barədə hələ də söhbətlər gedir. Daha sonra Bakı şəhəri vergilər Departamentinə rəis təyin olunub. Bircə cümlə ilə bu vəzifənin nə olduğunu izah edək: Azərbaycan üzrə toplanan verginin 83 faizi Bakının payına düşür. Məncə, əlavə şərhə ehtiyac yoxdur.
Beləcə, Alimpaşa müəllim qovula-qovula, ya zəlzələdən, ya  vəlvələdən 2014-cü ildə Şəmkirə icra başçısı təyin olunub.
Şəmkirdə olan zaman 6 hektar ərazidə yerləşən  43 milyon manata başa gələn "Azfarel” balıqyetişdirmə müəssisəsinə sahib olub. Təsəvvür edirsiniz Qafqazın ən böyük balıqyetişdirmə müəssisəsi?.
Bu nəhəng zavodu kim idarə etsə yaxşıdır ?!
Alimpaşanın keçmiş MTN-dən qovulan oğlu Alim Məmmədov.
Bəli, cənab icra başçısının biznesi sərhəd tanımır. Nəhəng Rusiyada başçının müxtəlif sektorlarda biznes şəbəkəsi var.
Ancaq, bütün bunlar Alimpaşa Məmmədova bəs etmir. O şəhid məzarlarından da pul qazanır.
Əlbəttə, yüz milyonlara sahib adamın şəhid məzarlarından pul qazanması dəhşətlidir.
Bəli, Şəmkirin hər yerinə pul kisəsi kimi baxan A.Məmmədov rayonun Şəhidlər Xiyanabında dəfn olunmuş şəhidlərin üst (sinə) daşlarını "Salyan-Masallı MMC” nin mərmər fabrikinə sifariş edib, düzəltdirib. Ancaq həmin fabrikə 700 min manat "pul atıb".
Beləliklə, diriləri soymaqdan doymayan icra başçısı, indi də şəhidlərimizdən qazanır.
Burda deyirlər, sözün bitdiyi yer… //gundelik-baku.com//

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər