mumtv.az
mumtv.az

Məmməd Musayevə daha bir VƏZİFƏ VERİLDİ

Məmməd Musayevə daha bir VƏZİFƏ VERİLDİ
17-03-2021, 09:45 87 dəfə baxılıb

Məmməd Musayevə daha bir
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev İtaliya-Azərbaycan Ticarət Palatasının Məşvərət Şurasına üzv seçilib.

Bu barədə "Report"a ASK-dan məlumat verilib.

Məlumata görə, bununla bağlı Palatanın prezidenti Manuela Traldi ASK prezidentinə rəsmi məktub göndərib.

"Ticarət Palatamızın Azərbaycan ilə İtaliya arasındakı iqtisadi, mədəni və dostluq əlaqələrini genişləndirməyə böyük töhfə verəcəyinə inanırıq”, – deyə vurğulayan xanım Traldi bu münasibətlə İdarə Heyəti adından M.Musayevi təbrik edərək, MŞ-nın proqramı ilə bağlı məlumat verib.

Bu ilin oktyabr ayında İtaliyanın paytaxtı Romada Böyük 20-lik ölkələrinin (G20) növbəti sammiti keçiriləcək. Bununla əlaqədar İtaliyadakı biznesə dəstək qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və həyata keçiriləcək tədbirlərdə ASK-nın iştirakı Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük önəm daşıyır.

ASK 1999-cu ildən fəaliyyət göstərir. Konfederasiya 6 mindən çox sahibkarı, 42 asossasiyanı ətrafında birləşdirir, Azərbaycanın rayonlarında 41, xarici ölkələrdə isə 20 nümayəndəsi ilə təmsil olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA