Gündəm

Qarabağa yük maşınlarında nə daşınır?
Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı da rayona çatdırılıb. Vurğulanıb ki, yardım 10 noyabr tarixli saziş çərçivəsində Azərbaycan tərəfinə göstərilib.

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi nəticəsində indiyədək Azərbaycanın işğaldan azad edilmiş müxtəlif bölgələrinə 7 avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb. Məsələ ondadır ki, Qarabağdakı mövcud durum və Moskvaya münasibət bu cür yardımlara qarşı ictimaiyyətdə narazılıq yaradır. Daha doğrusu, ölkə ictimaiyyəti Rusiyanın bu qədər yük TIR-ları ilə Qarabağa sadəcə "inşaat materialları” daşıdığını düşünmürlər. Yük maşınlarında separatçılara "silah-sursat” daşındığı iddia edilir.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli "Şərq”ə deyib ki, rəsmi Bakının Rusiya tərəfindən Azərbaycana daşınan yüklərə tam nəzarət etmək imkanı və hüququ var. Analitik bildirib ki, əgər söhbət konkret 7 karvandan və 1300 ton yükdən gedirsə, onların tərkibi ilə bağlı Azərbaycanı məlumatlandırma proseduru mövcuddur:

"İctimaiyyətdə buna şübhə ilə yanaşılması başqa məsələdir. Nə qədər ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ yekunlaşmayıb, Qarabağ ətrafında müxtəlif spekulyasiyalar olacaq. Zəngəzur dəhlizinin reallaşması sadəcə problemin birdəfəlik həlli anlamına gəlmir. Eyni zamanda bütövlükdə Qarabağ mövzusunu gündəmdən çıxaracaq və mənasız daxili məsələyə çevirəcək. Bölgədə rusların təsirlərinin güclü qalması isə Rusiya-Türkiyə və Rusiya-Avropa münasibətlərində baş verən hansısa hadisənin dinamikliyindən asılıdır.

Prosesə bu formada baxmaq lazımdır. Hazırda Qarabağda 50 min erməninin olduğu deyilir. Onların əksəriyyəti müharibə zamanı Qarabağı təkr edəndə yenidən qayıtmayacaqlarını düşünürdülər. Necə ki, digər ərazilərin işğaldan azad edilməsindən sonra orada süni məskunlaşdırılan ermənilər bir daha geri dönmədilər. Həmin prosesin Qarabağın dağlıq bölgəsində yaşanacağı da gözlənilirdi. Amma 10 noyabr razılaşmasına əsasən, ermənilərin kompakt yaşadığı ərazilərdə qalmasına icazə verildi”.

Ə.Əlibəyli əlavə edib ki, ötən müddət ərzində bölgədə müəyyən təxribatların şahidi olmuşuq:

"Rusiya sırf humanitar məqsədlə yük daşımaları həyata keçirdiyini, ermənilərə yardım etdiyini bildirir. Nə dərəcədə səmimi olduqları, yük maşınlarında nə daşıdıqlarına gəldikdə isə ölkə Prezidenti böyük ölçüdə Rusiyanın fəaliyyətindən razılıq ifadə edib. Arzuolunmaz kiçik detallar olsa da, onlar ümumi prosesə maneçilik törətmir. İctimaiyyət arasında narahatlığın səbəbi başqadır. Əfsuslar olsun ik, informasiya məkanında erməni mediasından gələn bir dominantlıq var. Düşmən tərəfdə nə yazılırsa, dərhal ölkəmizdə gündəmə çevrilir. Adekvat olaraq həmin xəbər qarşısında çevik davrana bilmirik, bu da bir sıra hallarda ictimaiyyətin narahatlığına gətirib çıxarır”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər