Gündəm

Həbs olunan məmurlar:
Korrupsiya, rüşvət, büdcə vəsaitlərinin talanması və digər əməllərinə görə saxlanılan məmurların hələ də istintaq prosesi davam edir. Xüsusilə də son dönəmlər həbs olunan icra başçıları və onların müavinləri ilə bağlı da hələlik konkret məhkəmə hökmü yoxdur.

Qeyd edək ki, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı sabiq Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev, Yevlax İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onların sabiq müavinləri, bir sıra əməkdaşları Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Həbs olunan məmurlar:

Onlardan yalnız İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin istintaq müddətinin uzadılması ilə bağlı məhkəmə qərar var. Digərləri ilə bağlı da istintaq prosesi davam edir və hələlik yekun məhkəmə hökmü verilməyib.

DTX-nın əməliyyat keçirdiyi Mədəniyyət Nazirliyinin həbs olunan əməkdaşları ilə bağlı məhkəmə hökmü yoxdur. Qeyd edək ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov həbs edilərək istintaqa cəlb olunub.

Həbs olunan sabiq məmurlardan hökm alanlar, hətta həbs cəzası çəkib azadlığa çıxanlar da, hələ də cəzasını çəkənlər də var.

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev hazırda həbs cəzası çəkənlər arasındadır.

Xatırladaq ki, C.Hacıyev külli miqdarda valyutanın ölkədən qanunsuz çıxarılmasına görə ittiham olunurdu və məhkəmə qərarı ilə o 16 il 6 ay həbs cəzası aldı.

Ölkə gündəminə "Rabitə işi” kimi düşən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbs olunan əməkdaşlarına da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunmuşdu.

Belə ki, eçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin keçmiş baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin keçmiş direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin keçmiş rəisi Namazəli Məmmədov və "Aztelekom" MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə istintaqa cəlb olunmuşdu.

Məhkəmədə Vidadi Zeynalov 13 il müddətinə, Beytulla Hüseynov 13 il, Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il müddətinə azadlıqdan məhrum olunublar.

Digər adı çəkilən şəxslər isə şərti cəza alaraq məhkəmə zalından azad olundular.

"MTN işi” adı ilə aparılan istintaq prosesində də saxlanılanlarla bağlı məhkəmə hökmü çıxarıldı. Belə ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşı haqqında məhkəmə hökm çıxardı. Hökmə əsasən Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Orxan Osmanov və Akif Əliyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edildi.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. A.Çovdarov Prezident İlham Əliyevin 2020-nin aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub, hazırda azadlıqdadır.

Son xəbərlər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

Bütün xəbərlər