Gündəm

 Tərtərin kəndindəki erməni komandir də qızışdı:
Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin "təhlükəsizlik katibi” sayılan terrorçu general Vitali Balasanyanın dünən Xankəndindəki "ictimai televiziya”ya müsahibəsində Azərbaycana qarşı sərt ifadələrindən "Artsaxda ordu olub və olacaq” sözlərindən sonra torpaqlarımızda hələ də sülənən digər yüksək rütbəli erməni hərbçilər də səslərini qaldırmağa başlayıb.

"Mən hələ Ermənistan ordusunun qələbəsi üçün tost deyib içəcəm. Biz səbr və silahlarla silahlanacağıq...”

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, bu sözləri Tərtər rayonunun Azərbaycanın nəzarəti altında olmayan ərazilərində yerləşən və "elit birləşmə” sayılan "Yehnikner"("Marallar”) adlı erməni hərbi hissəsinin komandiri, "Kyoxa" ləqəbli Qarabağ qəhrəmanı polkovnik Karen Jalavyan söyləyib.

Xatırladaq ki, 10 Noyabr üçtərəfli razılaşmasından sonra Karen Jalavyan həmin sazişi tanımadığını və əmrindəki hərbçilərə Qarabağda olduqları mövqelərdən çıxmamaq əmrini verməsi haqda xəbərlər yayılmışdı. Eyni zamanda qondarma "müdafiə ordusu” komandanlığı bu ordu hissələrinin öz müdafiə mövqelərində xidmətə davam etdiyini və bundan sonra da davam edəcəyini bildirmişdi.

Bundan cəmi bir həftə öncə - noyabrın 5-də isə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun işğal altındakı Təpəkənd ("Tonaşen”) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdılması haqda məlumat yaymışdı.

Zəruri şərh:

Əgər ermənilərin yaydığı məlumat doğrudursa və separatçıların hərbi komandanlığı Qarabağdan çəkilməyə dair müddəaları yerinə yetirməkdən imtina edirsə, Rusiya sülhməramlıları müdaxilə etmək məcburiyyətindədirlər. Çünki 10 noyabr tarixli üçtərəfli razılaşmanın maddələrinin riayət olunmasının izlənilməsi məsuliyyəti onlara həvalə edilib. Əgər sülhməramlılar da bunu etmirlərsə, onda Azərbaycan Silahlı Qüvvələri üçtərəfli razılaşmanın işğalçı erməni ordusunun hüquqi ərazisindən kənarlaşdırılmasının həyata keçirilməsini təmin etmək, yəni həmin işğalçı hərbi birləşməyə qarşı lokal antiterror əməliyyatı keçirmək hüququna malikdir...

Onu da xatırladaq ki, hazırda Tərtər rayonunun 10 kəndi hələ də rəsmən işğal altındadır.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər