mumtv.az
mumtv.az

Hərbi mundirə hörmətsizlik: - “...Nəzarətə götürülməlidir”

Hərbi mundirə hörmətsizlik: - “...Nəzarətə götürülməlidir”
12-03-2021, 18:17 84 dəfə baxılıb

Hərbi mundirə hörmətsizlik:
Zaman-zaman efirlərdə şou əhlini hərbi formalarda, yaxud da buna bənzər paltarlarda görürük. Lakin onlar ya formanı düzgün qaydada geyinmirlər, ya da çox uyğunsuz "kombin”lə çıxış edirlər.

Nəticədə insanların haqlı tənqidlərinə tuş gəlirlər. Məsələn, müğənni Xatirə İslam verlişlərin birində hərbi papaqda olmasına baxmayaraq, son dərəcə açıq-saçıq geyimdə mahnı oxuyur.

Ötən il Vətən müharibəsi zamanı da belə görüntülərlə rastlaşdıq. Əsgərlərimizin şərəfli mundirinə sayğsızılıq edib, rütbələri yanlış taxır, hərbi səhvlərə yol verirdilər. Onların adlarını bir-bir sadalasaq, yazının həcmi böyüyər və mətləbdən uzaqlaşarıq.

Məlumat üçün bildirək ki, Xatirə İslamın həyat yoldaşı da hərbçidir.

Gəlin, o formanı şərəflə daşıyan qazimiz Kamil Musavinin mövzu ilə bağlı "Sherg.az”a dediklərini oxuyaq:

"Bu kimi halların əleyhinəyəm. Hərbi formanı qazilərimiz geyinir, şəhidlərimiz o libasda şəhadətə ucalıb. Ona görə hərbi mundir müqəddəsdir.Onu yalnız hərbi xidmətdən sonra icazəsi olan şəxslər, bir də hərbi qulluqçular geyinə bilər.

Məsələni Müdafiə Nazirliyinin hərbi polis idarəsi nəzarətə götürməlidir. İnsanlar icazəsiz hərbi paltarlar geyinməməlidirlər.

Eyni zamanda satışı da qadağan olunmaldır. İstəyən hərbi xidmətə yollanıb, orda geyinsin. Sadəcə hörmət qazanmaq, özünü reklam etmək, cəmiyyətin diqqətini çəkmək üçün bu addımların atılması yanlışdır. Digər kamuflyaj paltarlardakı parçalar hərbi formaya bənzəmir. Tamam fərqli stillərdir.

Bu tip geyimləri fabriklər istehsal edirlər. Onlara qadağa qoyulması isə mümkünsüzdür. Sözügedən halların qarşısının alınması üçün dövlət səviyyəsində addımlar atmaq olar. Amma hazırda o formalardan istifadə edə bilirlərsə, deməli nəzarət zəifdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA