mumtv.az
mumtv.az

Sabunçu sakinlərindən "Azərqaz"a kütləvi etiraz

Sabunçu sakinlərindən
12-03-2021, 17:00 34 dəfə baxılıb











Ötən gün DogruXeber.az İnformasiya agentliyinin redaksiyasına Sabunçu rayon Qamboy Vəzirov küçəsində yaşayan sakinlər tərəfindən kütləvi müraciət daxil olmuşdur.
Sakinlər soyuq havada qazın həddindən artıq zəif olduğundan şikayətçidirlər. Onlar bildirirlər ki, "bir çay hazırlamaq üçün belə saatlarla gözləməli oluruq. Yenə də çaysız-xörəksiz qalmışıq. Çünki, qaz yox dərəcəsindədir."

Məsələ ilə bağlı Azərqaz İstehsalat Birliyinin (İB) qaynar xətti (185) ilə əlaqə saxladıq.
Operator bizi dinlədikdən sonra cavab verdi ki, müraciət aidiyyəti üzrə şöbəyə yönləndiriləcək və problem tezliklə aradan qaldırılacaq.
Bir neçə saat keçdikdən sonra, axşam saatlarında sakinlər yenidən redaksiyamıza müraciət edərək, hələ də problemin davam etdiyini bildirdilər.
Bu dəfə isə "Azərqaz"ın ərazi üzrə sahə mühəndisi Rəsul adlı şəxslə əlaqə saxladıq. Mühəndis cavab verdi ki, məsələdən xəbərdardırlar və problemin aradan qaldırılması üçün hazırda müvafiq işlər görülür.
P.S. Problemin yaranmasından bir gün keçməsinə baxmayaraq, hələ də həllini tapmayıb.
DogruXeber.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA