Gündəm

Bu taksi şirkəti qiymətləri 20 faiz artırdı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"Maksim” taksi şirkəti qiymətləri təxminən 20 faiz artırıb.

Axar.az xəbər verir ki, şirkətin əvvəlki həftəiçi qiymətləriylə müqayisədə qiymətlərdə son günlər nəzərəçarpacaq dərəcədə ciddi artım müşahidə olunur. Bu artımın həftə sonlarında ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün daha da çox olduğu bildirlir.

Məsələ ilə bağlı şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, qiymət artımı tələbatın artması, yollardakı vəziyyət, hava şəraiti və s. kimi amillər səbəbindən avtomatik baş verir:

"Taksidə qiymətin təyin olunması prosesi dinamik şəkildə həyata keçirilir. Qiymət avtomatik olaraq, yəni şəhərin hər rayonu üçün sərnişinlərdən irəli gələn tələb və təklif, aktiv sürücülərin sayı nəzərə alınmaqla hesablanır. Həmçinin yol və hava şəraiti nəzərə alınmaqla, o, dəyişə bilər.

Eləcə də karantin məhdudiyyətləri yumşaldıqdan sonra restoranlar, kafelər və insanların kütləvi toplaşdığı məkanlar açılmağa başladı. Buna müvafiq olaraq, sərnişin axını və səfərlərə tələbat artdı. Və bu da, öz növbəsində, Bakı yollarında çox sayda tıxaclara gətirib çıxardı. Taksilərin normal işinin təmin olunması üçün qiymətlərin dəyişilməsi zəruri məsələdir. Tıxaclarda boş durmalara görə sərf edilən yanacağın həcmi və itirilən vaxt artır. Yəni, obyektiv səbəblərə görə sürücü daha az sifariş yerinə yetirir, daha az qazanır. Məhz buna görə sifarişlərin sayının kəskin artmasına cavab olaraq sistem artan əmsallarla reaksiya verir ki, sifarişləri yerinə yetirməyə sürücülərdə motivasiya olsun, sərnişinlər isə avtomobili daha az gözləsin. Vəziyyət stabilləşən kimi qiymətlər də əvvəlki hala qayıdır”.


Son xəbərlər

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bütün xəbərlər