Gündəm


"Ermənistanda müxtəlif hadisələr baş verə bilər, ancaq hakimiyyəti devirmək üçün hansısa bir məntiqli ideya və əsas olmalıdır. Mən eks-prezident R.Köçəryanın mətbuat konfransına da tam baxmışam, keçmiş xarici işlər naziri Vardan Oskanyanın son məqaləsini də oxumuşam. Belə qərara gəlmişəm ki, onların təklifləri çox bəsitdir. Yəni onlar köhnə siyasətə qayıdış etməyə çalışırlar ki, guya bu halda 1990-cı illərdə olduğu kimi, Rusiya Ermənistanın köməyinə gələcək. Hesab edirəm ki, bu cür baxışlar Ermənistan müxalifəti üçün real nəticə hasil etməyəcək”.

Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov
söyləyib.

"Əvvəla, Ermənistanın həm siyasi, həm iqtisadi, həm də demoqrafik baxımdan imkanları tam tükənib. İkincisi, Rusiya da əvvəllər olduğu kimi, Ermənistanda öz siyasətini yeritmək iqtidarında deyil. Buna ehtimal çox azdır. Ortada Azərbaycanın güclənməsi, Türkiyə amili və s. faktorlar var. Yəni geosiyasi vəziyyət tam dəyişib. Üçüncüsü, heç hazırda rusların da Ermənistanla ciddi məşğul olmağa o qədər həvəsi yoxdur. Buna həvəsləri olsaydı, Ermənistanı "qulpsuz çemodan” adlandırmazdılar. Təbii ki, hansısa təxribatları-filanı istisna etmirəm. Vəziyyətə real yanaşanda, erməni cəmiyyətindəki diskussiyaları izləyəndə belə nəticəyə gəlmək olur ki, oradakı müxalif siyasətçilər nəsə yeni bir şey təklif edə bilən deyillər. Belə çıxır ki, erməni toplumu üçün də Paşinyanın Qərbə yönəlik siyasəti daha perspektivli görsənir. Bu halda ABŞ-dan, Avropadan yardımlar, investisiyalar alınması və özlərinin dediyi kimi, əllərində qalan ərazilərdə dövlətçiliklərini bərpa etmək perspektivləri var. Ermənilər üçün ən əsası odur ki, hazırda ölkədəki mənfi demoqrafik proseslər, yəni kütləvi miqrasiya və depopulyasiya dayandırılsın”.

"Sizcə, regionda və ümumiyyətlə, dünyadakı hansı aparıcı dövlətlər üçün Paşinyanın devrilməsi sərfəlidir?” sualına cavabında keçmiş baş diplomat bunları deyib:

"Doğrudur, köhnə stereotiplər əsasında belə bir baxış da formalaşıb ki, guya Rusiya Paşinyanı devirmək və hakimiyyətə öz rusiyapərəst tərəfdarlarını gətirmək istəyir. Amma gerçək olaylar göstərir ki, bu heç də belə deyil. Yəni Ermənistan cəmiyyətini real olaraq idarə edən siyasətçinin Paşinyan olduğu bilindi. Bu baxımdan Moskva da hesab edir ki, bu hakimiyyət dövründə də Ermənistanda öz siyasətini yeridə bilər.

Regiondakı digər ölkələri götürsək, Azərbaycan və təbii ki, Türkiyə üçün də Paşinyanın hələlik hakimiyyətdə qalması bu və ya digər cəhətdən sərfəlidir”.

"Ermənistan müxalifətinin baş nazirliyə namizədi, Vazgen Manukyanı, sizcə, hansı güclər idarə edir? Rusiya, yoxsa?..” sualını isə politoloq belə cavablandırıb.

"Hesab edirəm ki, Manukyan Qarabağ klanının hakimiyyətə qayıdışı ehtimalının qarşısını almaq üçün daxili güclər tərəfindən dəstəklənir. Ermənistan və Qarabağ erməniləri arasında gərginlik həmişə var idi, indi də müharibədəki məğlubiyyətdən sonra da özünü büruzə verir. Paşinyan devrilsə belə, Qarabağ klanının hakimiyyətə qayıtmasında böyük problemlər olacaq. İrəvanlı Manukyana gəlincə, zənnimcə, onun da Paşinyana ciddi rəqabət yaratmaq imkanı olmayacaq... Bizim üçün nə qədər gülməli görünsə də, Paşinyan erməni toplumu üçün bir natiq kimi də daha zirək görsənir və ermənilərə hansısa işıq yolunu göstərir. Yəni deyir ki, Rusiyadan uzaqlaşıb Qərbə yönələk, bizə kömək edərlər, regionda dinc münasibətlər yaradarıq və s. Bu baxımdan onun davranışı ermənilər üçün daha məntiqlidir. Hər halda Ermənistan cəmiyyətinə layiq olan fiqur odur. Bir sözlə, hesab edirəm ki, regionun və dünyanın ciddi oyunçularının real mövqeyi elə Paşinyanın hakimiyyətdə qalmasına gətirib çıxaracaq...”

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər