Gündəm


Vətən müharibəsi qaziləri əlillik dərəcəsinin təyinatından narazıdırlar. Onlar əlillik dərəcələrinin təyinatında müəyyən problemlər yaşadıqlarını və sənəd işlərindəki süründürməçiliklə bağlı sosial şəbəkələrdə öz narazılıqlarını bildirirlər. Bəzi qazilərimizin sözlərinə görə, onlar barəsində verilən qərar anlaşılan deyil. Məsələn, bir ayağını itirən, bədənində çoxsayda qəlpə gəzdirən qazimizə 3-cü qrup əlillik dərəcəsi təyinatı onlar üçün gözlənilməz olub.

Qeyd edək ki, bu problem bir müddət öncə Milli Məclisdə də qaldırılmışdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AYNA-nın sorğusuna cavab olaraq deyib ki, Vətən müharibəsində yaralanmış qazilərimizin əlilliklərinin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə komissiya yaradılıb: "Əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrlik etdiyi komissiyaya aidiyyəti dövlət orqanlarının (müdafiə, səhiyyə nazirlikləri, TƏBİB və s.) səlahiyyətli şəxsləri daxil edilib. Komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir, sənədləri sürətlə rəsmiləşdirir və ümumilikdə əyani müayinə əsasında əlilliklərini qiymətləndirir. Artıq 200-dən çox qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra onlara birdəfəlik sığorta ödənişi edilir və Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni elektron sistem üzərindən, avtomatik təyin olunur”.

Qurumun rəsmisinin sözlərinə görə, əlilliklər I, II, III dərəcə üzrə təyin edilir: "Qanunvericilikdə hansı hallarda I, II və III dərəcə əlilik təyin edilməli olduğu konkret və aydın şəkildə göstərilib və qazilərimizə əlillik dərəcələri də məhz qanunvericiliyə uyğun şəkildə təyin edilir. Təyin olunan sosial ödənişlərə gəldikdə, I dərəcə müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (400 manat) və aylıq pensiya ödənilir. Bu pensiyanın orta aylıq məbləği 413,43 manatdır. Üstəgəl, I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə də təqaüd (50 manat) verilir. II və III dərəcə müharibə əlillərinə isə Prezidentin aylıq təqaüdü (II dərəcə üzrə 350 manat, III dərəcə üzrə 300 manat), əlillliyə görə pensiya (onların orta pensiya məbləğləri II dərəcə üzrə 396,36 manat, III dərəcə üzrə 276,24 manatdır), pensiya hüquqları olmadıqda, aylıq müavinət (II dərəcə üzrə 130 manat, III dərəcə üzrə 110 manat) verilir. Bu kateqoriyadan olan şəxslər dövlət tərəfindən mənzillə və avtomobillə təmin olunmaq hüququna malikdirlər. Onlar üçün digər bir sıra sahələrdə də imtiyaz və güzəştlər müəyyən olunub”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızının AYNA-ya dediyinə görə, o, bu məsələni Parlamentdə qaldırıb: "Qeyd etmişdim ki, 4 aya yaxındır müharibədə zəfər qazanmışıq, amma əlilliyin təyin olunması məsələlərində problemlər qalır. Vətən müharibəsində könüllü əyninə hərbi paltar geyinənləri, ordumuzun əsgərlərini bu qədər gözlətmək düzgün deyil. Müvafiq qurumlar onların əlillik dərəcələrini tezliklə təyin etmək üçün işlər görməlidir. Vətən müharibəsində iştirak edənlərin əlillik dərəcəsi ilə adi insanlara verilən əlillik dərəcəsi eyni olmalı deyil”.

"Bir çox ölkələrdə bu, fərqli qaydada tətbiq edilir. Məsələn, Türkiyədə müharibədə iştirak edənlərlə bağlı 6 əlillik dərəcəsi tətbiq edilir. Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz. Bu məsələ aidiyyəti qurumlarda baxılmalıdır”, - deputat bildirib.

İbrahimqızının sözlərinə görə, dövlət başçısının həyata keçirdiyi sosial və humanitar layihələr, istər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi iştirakçıları ilə bağlı gördüyü işlər təqdirəlayiqdir: "Baxmayaraq ki, bizdə əlillik qanunvericiliklə - istər məişətdə aldığı, istərsə də müharibə zamanı aldığı əlillik eyni cür təyin olunur. Amma avtoqəza nəticəsində əlil olmuş insanlarla, müharibədə əlil olmuş insanların malik olduqları imtiyazlar eyni deyil. Hər iki Qarabağ müharibəsi qazilərinə kifayət qədər imtiyazlar da verilib. Məişətdə zədə alan insanın 1 və ya 2-ci qrup əlilliyinin olmasına baxmayaraq, onların mənzil və ya avtomobillə təmin olunmaları kimi imtiyazları yoxdur. Düzdür, mən bu problemi parlamentdə qaldırmışdım. Biz hər iki Vətən müharibəsi qazilərinə daha çox imtiyazların verilməsini öz arzu və istəyimizdən, onlara olan hörmətimizdən dolayı istəmişik. Bunu da dövlətimizin imkanlarından qaynaqlanaraq istəmişik”.

Millət vəkili bu sahədə müəyyən çatışmazlıqların da olduğunu vurğulayıb: "Düzdür, müəyyən çatışmazlıqlar var, qazilərimizin sənədləşmə işlərində gecikmələr olur. Bu da pandemiya və müharibənin təsiri ilə bağlı oldu. Pandemiya zamanı gözlənilmədən müharibə başladı. Müəyyən problemlər yarandı. Amma bu, o demək deyil ki, dövlətimiz Qarabağ qaziləri və şəhid ailələrinə diqqətsiz yanaşır. Hətta, cənab Prezident YAP-ın 7-ci qurultayında da qazilərimiz və şəhid ailələrinin ən yaxın zamanda mənzil problemlərinin tamamilə həll olunacağını vurğuladı. Əlbəttə, istərdik ki, Vətən uğrunda canlarını fəda edənlərə daha çox qayğı göstərək”.

Əlilliyin təyinatı ilə bağlı məsələyə gəldikdə, deputat bildirib ki, o, ƏƏSMN-in əməkdaşı və ya əlilliyi təyin edən ekspertizada yer alan nümayəndə olmadığı üçün bu sualı cavablandıra bilməyəcək.

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər