Gündəm

Azərbaycanda sürətli bahalaşma:
Azərbaycanda siqaretin qiyməti növbəti dəfə artılıb. Onun satışı ilə məşğul olan şəxslər firmalar tərəfindən bütün növ siqaretlərin 20 qəpik baha qiymətə göndərildiyini diqqətə çatdırıb.

Mövzu barədə Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, siqaretin qiymətinin artması gözlənilən idi:

"Çünki fevral ayında aksiz vergilərində dəyişiklik edildi. Logistika xidmətləri də bahalaşıb. Dizel yanacağının qiymətinin artması daşımaçılığı da artırıb və bunlar bir-birinin üzərinə gələndə siqaretin qiymətinin artması normaldır. Burada qeyri-adi bir şey baş vermədi. Hətta mən bu artımın daha tez olacağını gözləyirdim”.

Mövcud bahalaşmanın digər məhsullara təsir edib-etməyəcəyinə gəldikdə isə ekspert bildirib ki, bunu siqaretə bağlamaq doğru deyil:

"Zatən bahalaşma bir çox sahələrdə sürətlə gedib. Tütün məmulatları və spirtli içkilərin qiymətinin, aksiz vergilərinin dərəcələrinin artırılması dünyanın hər yerində hökumətlər üçün daha rahatdır.

Azərbaycanda da artıq 2-3 ildir ki, ard-arda aksiz dərəcələrinin artdığını görürük. Sosial məsələ olmadığına, həm də qiymət artımı sağlam həyat tərzinə təşviq kimi təqdim edildiyinə görə daha rahat davranırlar. Düşünürəm ki, bundan sonra da spirtli içkilərdə və tütün məmulatlarında qiymət artımı ola bilər.

Hökumət bunu rahat edəcək, çünki bu, bir etiraza səbəb olmur. Digər məhsulların qiymət artımı isə insanları ciddi narahat edir. Buna baxmayaraq, bayramqabağı ərzaq məhsullarında növbəti artım dalğasının olması ehtimalı da kifayət qədər yüksəkdir”.

Son xəbərlər

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

Bütün xəbərlər