Gündəm

Müxalifətdəki hansı partiyalar birləşir...
Ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) müzakirələrə səbəb olan növbədənkənar qurultayında 6 siyasi partiya YAP-a birləşdi. Bundan sonra cəmiyyətdə eyni ideologiyaya xidmət edən müxalif partiyaların birləşməsinin labüdlüyü haqqında fikirlər gündəmə gəldi. Əksəriyyət bu cür birləşmənin Azərbaycan siyasi həyatı üçün əlverişli olacağını düşünür.

Bununla bağlı Modern.az-a danışan Milli Məclisdə mandat sayına görə üstünlük qazanan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rəhbəri, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, 6 siyasi partiyanın YAP-a birləşməsi alqışlanmalıdır:

"Bu söhbət müxalifət tərəfində illər uzunu gündəmdə olub. Həmişə müzakirələr aparılır ki, eyni ideyaya bağlı olan partiyalar birləşsinlər. Burada solçular, sağçılar, mərkəzçilər var. Müxtəlif ideologiyalara bağlı olan partiyalar ayrı-ayrılıqda iş görürlər. Eyni ideyaları daşıyan partiyaların bir yerdə olması çox yaxşı olar. Amma Azərbaycanda siyasi partiya quruculuğu, partiya yaradıcılığı o qədər də böyük köklərə malik deyil. Vaxtilə partiyaların bəziləri zərurətdən, bəziləri şüurlu şəkildə, bəziləri isə simasını qorumaq üçün bir araya gəlməyə məcbur olublar”.

S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasına da birləşmə ilə bağlı müraciətlərin olduğunu söyləyib:

"Müxtəlif vaxtlarda birləşmə üçün müxtəlif müraciətlər olub. Bəzən biz razılıq verməmişik, bəzən isə razılaşma alınmayıb. Ona görə real birləşmə olmayıb. Yəqin ki, gələcəkdə belə istəklər olacaq. O zaman məsələni dəyərləndirmək olar”.

Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa isə partiyaların birləşməsinin sırf iradəli xarakter daşıdığını hesab edir:

"Birləşmə partiya üzvlərinin müəyyən dərəcədə öz ideya və fikirlərini reallaşdıra bilməməsindən qaynaqlanan prosesdir. Onlar düşünürlər ki, başqa müstəvidə bunu həyata keçirmək daha məqsədəuyğundur. Amma burada həm də bəlli bir partiyanın ideologiyasının olması əsasdır. Müxtəlif proseslərə fərqli baxışdan söhbət gedir. Bu baxış yoxdursa, əslində partiya fəaliyyəti də mahiyyətcə yenilik özündə ehtiva etmir. Ona görə bu partiyaların fəaliyyət göstərməyinin ciddi mənası qalmır”.

F.Mustafa qeyd edib ki, təmsil etdiyi partiyanın Azərbaycan cəmiyyətinin gələcəyi ilə bağlı baxışları müxalifət düşüncəsində olan digər partiyaların yanaşmasından kəskin fərqlənir:

"Bunu daha çox yazılarımızda, fikirlərimizdə ortaya qoyuruq və göstəririk ki, həqiqətən də Azərbaycanda istər tarix, istər din, istərsə də mədəni şüurun komponentlərin böyük əksəriyyəti müasir reallığa uyğun deyil, bu dəyişməlidir, inkişafımızı əngəlləyir. Amma xeyli partiya var ki, mühafizəkarlığı ilə seçilir. Bizim yanaşmamız dəyişim tələb edən yanaşmadır. Kim bu xətti götürmək istəyirsə, partiyamıza müraciət edə bilər, hansısa partiya modeli olaraq güzəştə gələ bilər. Amma bizim özümüzün buna ehtiyacımız yoxdur. Çünki bizdən daha ciddi, düşüncə dəyişimi tələb edən partiya görmürəm. Kiminsə öncüllüyü ilə prosesi gerçəkləşdirə biləcəyimizə inansam, təbii ki, birləşmək olar. Hələlik kursumuzu, xəttimizi davam etdirib, hakimiyyətdə fikirlərimizin təmsilçiliyinə çalışacağıq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli isə xatırladıb ki, birləşmə fikirləri qurultay və ya seçki ərəfəsində gündəmə gəlir:

"Partiyamızın qurultayına çox vaxt var, seçkilər də yaxın zamanda gözlənilmir. Bu aspektdən hələlik hansısa siyasi partiyanın BAXCP ilə birləşməsi və ya hansısa partiyaların bir araya gəlməsi haqqında açıq müzakirə aparılmır.

Partiyalarla birlikdə blok şəklində bir neçə dəfə seçkilərdə iştirak etmişik, belə bir təcrübəmiz var. Birləşmə üçünsə sosial sifariş, qarşılıqlı niyyət olmalıdır. Hansısa proses gedirsə, mütləq bunun içərisində yer almalısan deyə anlayış yoxdur. Sosial sifariş olarsa, buna ehtiyac olarsa, ilk növbədə partiyanın seçkili orqanlarında qurultayında qəbul olunacaq məsələdir. Ona görə, bununla bağlı proqnozlar söyləmək doğru olmaz”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər