Gündəm

Təhsilə virus əngəli
Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb. Şəki şəhər 9 nömrəli tam orta məktəb və Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbində koronavirus xəstəliyinin (COVİD-19) yayılması ilə əlaqədar dərslər 14 gün müddətində distant formada davam etdiriləcək. Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin direktoru və direktor müavini koronavirusa yoluxub. Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb. Bu gün Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə də dərslərin distant formada keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 22 fevral – 10 mart tarixlərində ölkə ərazisində 4416 məktəb, 89223 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, 22 fevral – 10 mart tarixlərində distant təhsilə keçirilmiş siniflərin sayı 302 (ümumi siniflərin 0.34 faizi), distant təhsilə keçirilmiş məktəblərin sayı 13-dür (ümumi məktəblərin 0.29 faizi). Gigiyena və epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri Müşfiqabad qəsəbəsi 274 və 320 nömrəli, Gəncə şəhəri 37 nömrəli və V.Əliyev adına 12 nömrəli, Mingəçevir şəhəri N.Nərimanov adına 1 nömrəli, Ağdam rayonu 19 nömrəli və Əfətli kənd, Şəki rayon Baş Zəyzid kənd və 9 nömrəli, Kəlbəcər rayon 1 nömrəli, Qazax rayonu İ. Şıxlı adına Kosalar kənd və Şəmkir rayon Dəllər-Cəyir kənd tam orta məktəbləridir.

Sektor müdiri onu da əlavə etdi ki, daha öncə distant təhsilə keçirilmiş Bakı şəhəri 82 nömrəli və 106 nömrəli tam orta məktəblərində tədris ənənəvi formada davam etdirilir.

Məktəblərdə yoluxmalar kütləvi hal alarsa, hansı addımlar atılacaq? Yenidən tam distant təhsilə keçid baş verəcəkmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov "Press Klub”a açıqlamasında xatırlatdı ki, bu gün Şəkidə iki məktəb koronavirusa görə bağlanıbsa, bir neçə gün əvvəl bir neçə məktəbin fəaliyəti bir həftəlik fasilədən sonra yenidən bərpa olunub:

"Təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması təkcə kiminsə iradəsindən, arzu və istəyindən asılı olmayıb, hətta Təhsil Nazirliyinin də öhdəliyində olan məsələ deyil. Əlaqədar qurumlar, səhiyyə orqanlarının təhlilləri və təklifləri əsasında Nazirlər Kabineti yanında Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir. Təhsil Nazirliyi də davamlı olaraq digər dövlət və özəl qurumları əməkdaşlığa dəvət edir, təhsilin ayaqda saxlanılması üçün bütün mövcud imkanlardan istifadə edir”.

Ekspert məktəblərin yenidən tam qapanacağını zənn etmir:

"Belə bir halın qəti əleyhinəyəm, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam. Hər şey yoluxmanın artım və ya azalma dinamikasından asılıdır. Başqa sözlə, hər hansı bir qərar zamana bağlıdır. Bununla belə, hesab edirəm ki, bu yoluxmaları bilavasitə məktəblə əlaqələndirməyin özü də yanlış mövqedir. 5-10 məktəbin bağlanması bütövlükdə məktəblərin bağlanması üçün tutarlı əsas ola bilməz, özü də buraxılış və qəbul imtahanları ərəfəsində”.

Təhsil eksperti Elçin Əfəndi koronavirusla bağlı bütün məktəblərin qapadılması fikri ilə razı deyil:

"Yoluxmalar hansı məktəblərdə qeydə alınırsa, həmin məktəblərin bağlanması daha məqsədəuyğundur. Təhsil Nazirliyinin məlumatlarından görünür ki, hansı məktbələrdə yoluxma faktı aşkarlanırsa, məhz həmin məktəblərin 14 gün müddətinə qapadılması qərarı verilir. Müddət başa çatdıqdan sonra məktəblərdə dərslər ənənəvi olaraq keçirilməyə başlanır. Ölkədə vaksinasiyanın aparıldığını nəzərə alsaq, məktəblərin tamamilə qapadılmasının heç bir məntiqə uyğun olmadığını deyə bilərik”.

Həkim-pediatr Aytən İsmayılzadə qeyd etdi ki, yoluxma halı kənarda da baş vermiş ola bilər:

"Məktəblər insanların toplu halda bir-biri ilə təmasda olduğu yerdir. Dövlət müəssisələri, idarələr, xəstəxanalar var ki, orada da insanlar sıx toplaşırlar. Yoluxma halı həmin yerlərdə də baş verə bilər. Bir nəfərə görə həmin müəssisələr bağlanmır ki… Məktəblər də bu səbəbə görə bağlanmamalıdır”.

Həkim müəllimlərin peyvəndlənməsinin sürətlə başa çatdırılmasının məqsədəuyğun olduğunu vurğuladı:

"Hər kəsdən öncə müəllimlər vaksinasiyaya cəlb olunmalı idilər. Onlardan hər həftə yaxma analizləri götürülməlidir. Necə Vergilər Nazirliyi və ya polislər üçün edilir, eləcə də müəllimlər üçün bunlar keçərli olmalıdır ki, profilaktik tədbirlər daha effektli olsun. Yenə də deyirəm ki, bir neçə nəfərə görə bütün məktəblərin qapadılması doğru qərar deyil. Uşaqlar onsuz da təhsildən yetəri qədər uzaq qalıblar. Epidemiya onsuz da yaxın zaman ərzində bitməyəcək. Bu gedişlə onda uşaqlar gərək təhsil görməsinlər. Profilaktik tədbirləri adekvat həyata keçirmək lazımdır”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər